Papuqaylar insan kimi düşünə bilərlərmi?

Papuqaylar insan kimi düşünə bilərlərmi?Danışan papuqaylar həm sevimli, həm maraqlı, bəzən isə bir az qorxulu görünə bilər. Adətən güman edilir ki, bu quşlar sadəcə bir neçə (bəzən onlarca, bəzən yüzlərlə) sözü yadda saxlayır və mexaniki şəkildə təkrar edirlər. Amma necə olur ki, bəzi papuqaylar müəyyən söz və ifadələri yalnız uyğun vəziyyətdə, həm də çox yerinə düşən şəkildə işlədirlər?

Lent.az papuqaylarla bağlı maraqlı məlumatları təqdim edir:

Hansı papuqaylar nə dediklərini anlayırlar?

Çox insan heç düşünmür ki, papuqayın IQ səviyyəsi nə qədərdir. Amma alimlər bu səviyyənin 4 yaşlı uşaq səviyyəsində olduğunu müəyyən ediblər. Hər papuqay danışmağa meyilli olmasa da, bəzi növlər təkcə sözləri əzbərləmir, saymağı, şeirlər oxumağı, əşyaları rənginə görə ayırmağı və hətta tapmaca həll etməyi bacarırlar.

Alimlərin qənaətinə görə, bəzi papuqaylar insan nitqini anlamaqla yanaşı, onu düzgün şəkildə istifadə də edə bilirlər.

Bu baxımdan ən ağıllı növ Afrika boz papuqayı – Jako hesab olunur. Onun lüğətində təxminən 1000 söz var. Amma əsas məsələ sayda deyil – Jako nə zaman nə demək lazım olduğunu bilir. Məsələn, siz evdən çıxırsınızsa, "Sağ ol!" deyir. Ac olduğunu hiss edirsə, "Alma!" istəyir. Yəni bu quş sizin nə dediyinizi də anlayır, öz istəklərini də ifadə edir.

Papuqay beyninin quruluşu: Planlama və saxtakarlıq

Alimlər aşkar ediblər ki, bəzi papuqayların beyin quruluşu meymunların beyni ilə oxşardır – onların beynində mürəkkəb düşüncə və özünüidarəyə cavabdeh hissələr var.

Bu quşlar tapmacaları həll edə, yeməyi "gələcək üçün" gizlədə bilər (yəni planlaşdırma bacarığı var), bəzən isə qəsdən xəstə kimi davranıb şirni almağa çalışırlar. Vəhşi təbiətdə bəzi növlər bir-birlərinə ad da verir, uzun illərlə sosial münasibətlər qururlar. Bəlkə də papuqaylar insanlara da ad qoyurlar – sadəcə biz bunu hələ başa düşməmişik.

Ən ağıllı danışan 7 papuqay növü

Alimlər müəyyən ediblər ki, bəzi papuqay növləri sadəcə səs təkrarlamır – sözləri müəyyən predmet və ya hərəkətlə əlaqələndirir, məntiq apara bilir.

1. Jako (Afrika boz papuqayı)

Ən ağıllı və çox danışan növdür. Bəzi fərdləri Rekordlar Kitabına düşüb. Sözləri yerində işlətməyi bacarır, musiqi, digər quşların səsi, məişət texnikasını təqlid edir. Mexanizmləri açır, "diş təmizləyir", ünsiyyəti çox sevir.

2. Kakadu

Jako qədər çox danışmasa da, yaddaşı çox güclüdür. Təxminən 20 söz və ifadə öyrənə bilər. İnsanlara çox bağlanır, bəzən çox "israrlı" olur. Onu incitsəniz, güclü dimdiyindən qorxmaq yerinə düşər! Mexanizmlərlə oynamağı və araşdırmağı sevir.

3. Ara

Ən böyük və eyni zamanda ən ağıllı iri növdür. Təxminən 20 söz öyrənə bilir. Təbiət səslərini və texniki səsləri yaxşı təqlid edir. İnsana alışması çətin ola bilər, çox vaxt və diqqət tələb edir.

4. Amazona

Musiqiyə meyllidir – sevimli melodiyasını oxuya bilər. 50-yə yaxın söz öyrənə bilir. Səssiz qalmaq onlara çətindir – danışmaq onlar üçün daha asandır. İnsana çox bağlanır və daim diqqət istəyir.

5. Kalita (Monax papuqayı, Kvaker)

Çox dostcanlı və ağıllı bir quşdur. Adətən 10-20 söz öyrənir. Sözləri aydın və ucadan deyir. Çox danışan növ olduğu üçün, əvvəlcədən səsinə öyrəşmək vacibdir.

6. Dalğalı papuqay

Ən məşhur və ev şəraitinə uyğun papuqay növüdür. 100-ə yaxın söz öyrənə bilər, təlim və mükafat şərtdir. Onlara qışqırmaq olmaz, həssasdırlar.

7. Ojerelovı papuqay (Boyunbağlı)

Sakit təbiətli, asan baxılan növdür. 70–120, bəzi hallarda 200-dən çox söz öyrənə bilər. Həm də mahnı oxuyurlar, bu bəzən qeyri-peşəkar səslənsə də, onların xoşbəxt olduğunu göstərir.

Papuqaylar sadəcə "səs təkrarlayan robotlar" deyillər. Onlar bəzən danışdıqlarını başa düşür, onları kontekstdə istifadə edir, ünsiyyət qurur, plan qurur və oynamağı sevirlər. Onların dünyası düşündüyümüzdən daha mürəkkəb və maraqlıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1115   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı

Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq

19 sentyabr
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI

15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə

17 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO

Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid

18 sentyabr