Bakıda qadın güllələndi, KLİNİKA DİREKTORU olan əri saxlanıldı
İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sonxeber.az xəbər verir ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun silahdan atəş açaraq həyat yoldaşı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
16:47
Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, həyat yoldaşını odlu silahla yaralamaqda şübhəli bilinərək saxlanılan Vasif Qaraxan oğlu Kərimov "Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.
14:50
Bakının Yasamal rayonunda baş verən güllələnmə hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Sonxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında qeydə alınıb.
1987-ci il təvəllüdlü Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşını güllələyib.
Qadın ağır vəziyyətdə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
14:28
Bakıda qadın qətlə yetirilib.
Sonxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsi, 2a ünvanında baş verib. Həmin ünvanda yaşayan qadın odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
Hadisədə qadının həyat yoldaşının şübhəli bilindiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cütlüyün birgə nikahdan iki övladı var.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2658 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabr