İran ilk dəfə Rusiya "S-400 Triumf" zenit-raket kompleksini sınaqdan keçirib

İran ilk dəfə Rusiya "S-400 Triumf" zenit-raket kompleksini sınaqdan keçiribİran hərbi qüvvələri İsfahan bölgəsində ilk dəfə Rusiyanın "S-400 Triumf" zenit-raket kompleksinin (ZRK) sınaqlarını keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə "Army Recognition" nəşri mənbələrə istinadən məlumat yayıb.

Ehtimal edilir ki, iyulun 26-da baş tutan sınaqlarda "S-400" ZRK batareyası, o cümlədən döyüş idarəetmə məntəqəsi, radiolokasiya kompleksi, buraxılış qurğuları və nəqliyyat-yükləmə maşınları iştirak edib.

İddiaya görə, ZRK geniş spektrli hava hədəflərini məhv etmək qabiliyyətinə malik 48N6E3 zenit idarəolunan raketləri ilə təchiz edilib.

İsfahandakı mənbələr radarlarda şüalanmanın artdığını bildirirlər ki, bu da dolayısı ilə hərbi təlimlərin keçirildiyinə işarə edir (bu zaman hədəfləri aşkarlamaq, izləmək və təsnif etmək, həmçinin döyüş əməliyyatlarını simulyasiya etmək üçün radiolokasiya sistemlərindən istifadə olunur).

Regiondakı hərbi analitiklər bunu "S-400" ZRK-nın ilk sınağı adlandırırlar. Lakin, İran Müdafiə Nazirliyi video görüntülər dərc etməyib. Rəsmi təsdiq də olmayıb.

Qeyd edək ki, Rusiya İrana "S-300" hava hücumundan müdafiə sistemlərini 2016-cı ildə tədarük edib. Tehran komplekslərin tədarükü üçün Moskvaya təxminən bir milyard dollar ödəyib. "S-400" ZRK-nın təhvil verilməsi ilə bağlı danışıqlar aparılmayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 950   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad

20 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr