Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər
Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.
"Qafqazinfo" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyi qadınların avqustun 1-dən etibarən özünü müdafiə bölmələrində xidmət etməsinə icazə verib. Yeni qərarla qadınlar bioloji və kimyəvi maddələrlə çirklənmiş ərazilərin zərərsizləşdirməsi üçün müdafiə bölmələrində xidmət edə biləcəklər.
Qeyd edək ki, Yaponiya 2011-ci ildə "Fukusima-1" AES-də baş vermiş qəza zamanı kadr çatışmazlığı səbəbindən zərərsizləşdirmə işlərinin aparılmasında çətinliklərlə üzləşib. Hökumət qadınların bu işə cəlb olunması ilə problemin aradan qalxacağını güman edir.
Məlumat üçün bildirək ki, əvvəllər Yaponiyada qadın hərbi qulluqçular fiziki cəhətdən güc tələb olunan vəzifələrdən kənarlaşdırılırdı. 1993-cü ildən başlayaraq Müdafiə Nazirliyi orduda gender bərabərliyini təmin etməyə başlayıb. Ölkədə 2015-ci ildən qadınlara döyüş və kəşfiyyat təyyarələrini idarə etməyə icazə verilib. 2018-ci ildən isə qadınlara Dəniz Özünümüdafiə Qüvvələrində sualtı qayıq ekipajlarına qoşulmaq imkanı yaradılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti 39 manata QALXDI
Badımcanı belə bişirin, dadı ətdən daha ləzzətli olur
Mayın 25-də QAZ OLMAYACAQ
Ardıcıl 5 gün iş olmayacaq
Əli Əsədov QƏRAR İMZALADI - Bu şəxslərə hər ay 100 MANAT VERİLƏCƏK
Bu universitetin qapısı möhürləndi, tələbələr ayağa qalxdı
12 il əvvəl 9 yaşlı məktəblini xilas edən - Dəyanət qəfil öldü
Xalq artisti: "Bütün qazancım həkimlərə gedir, zülüm çəkirəm"
Vəzifəli şəxs vəfat etdi - Foto
İslam Rzayev haqda - Yeni qərar
Azərbaycanda tanınmış idmançı məşqdən sonra öldü - FOTO
Azərbaycanda pensiyalarla bağlı YENİLİK
Bu şəxsləri işə götürənlər cərimə ediləcək
"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Məşhur müğənninin son görüntüsü sosial mediada viral oldu - FOTO