Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandıBakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb.

Milli.Az teleqraf.az-a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib.

Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Neo Market" adlı mağazanın qarşısında park edilmiş A.Quliyevə məxsus "Mercedes Benz S klass 450" markalı minik avtomobilinin baqaj hissəsinin qapısının açıq olmasından istifadə edərək, oradan 50 manat dəyərində olan çantanı və içərisində aşkar etdiyi 20 manat, 50 manat və 100 manatlıq pul əskinaslarından ibarət, ümumilikdə 96.000 manat pulu və dövrün məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb.

O, zərərçəkmiş şəxsin ümumilikdə 130.050 manat təşkil edən əmlakını oğurlayıb.

İstintaq orqanı tərəfindən F.Cəfərovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 26-da axşam saat 22:00-da "Neo Market" adlı mağazanın yanından keçərkən marketin qarşısında nömrələrini xatırlamadığı "Mercedes S klass" markalı minik avtomobilinin baqaj hissəsinin qapağının açıq olduğunu görüb: "Həmin vaxt güclü qar yağdığından kiminsə baqajı unudaraq bağlamadığını düşündüm. Baqajın qapağını örtmək istədim. Baqaqjda əl çantası açıq olduğundan onun içərisində pul əskinazı bağlaması diqqətimi cəlb etdi. Manat və dollar dəstləri gördüm, ətrafa boylandım. Heç kim yoxuydu, çantanı götürərək oradan uzaqlaşdım".

Müttəhim qeyd edib ki, daha sonra çantanı evə aparıb, onun içərisindən 7 ədəd bağlamada 100 manatlıq, 1 ədəd bağlamada 50 manatlıq, 1 ədəd bağlamada 20 manatlıq və 1 ədəd bağlamada 100 ABŞ dollarlıq pul əskinasları aşkar edib: "Həmin puldan 2.500 manatını borclu olduğum şəxsə göndərdim.

Fevralın 27-də axşam saatlarında yaşadığım evə mülki geyimli şəxslər gəldi. Mənə xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, oğurluq cinayəti törətməkdə şübhəli olduğumu bildirdilər. Etiraz etmədim. Onların təklifi ilə yataq otağında çarpayının altında gizlətdiyim pullar olan çantanı təqdim etdim.

Bu oğurluğu tək etmişəm. Avtomobildəki puldan əvvəlcə xəbərim olmayıb".

İş üzrə zərərçəkmiş qismində danışan A. Quliyevin sözlərinə görə, fevralın 26-da "Binə Aqro" şirkətinin istixanasından götürdüyü pomidor məhsullarını bazara təhvil verib, bunun müqabilində aldığı 96.000 manat və 20.000 ABŞ dolları məbləğində pulları özünə məxsus aşırma kəmərli çantasına yerləşdirib:

"Çantanı da avtomobilimin baqaj yerinə qoydum. Saat 17 radələrində maşını yaşadığım binanın yaxınlığındakı "Neo Market"in qarşısında park etdim və avtomobildən düşərək baqajından siqaret götürdüm. Baqajın avtomatik bağlanma düyməsini basdım və üzümü çevirib yaşadığım mənzilə getdim. Evdə yatdığım vaxt qəflətən qapı döyüldü. Anamın səsini eşitdim. Dedi ki, qonşumuz avtomobilin yanından keçərkən baqajın açıq olduğunu görüb. Dərhal avtomobilinin yanına getdim. Baqaja baxanda dəyəri 50 manat olan çantamın içində olan pulların oğurlandığı məlum oldu".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

F. Cəfərov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 926   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul