Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDI

Pensiyalar nə vaxt artırılacaq? - İlkin TARİX AÇIQLANDIAzərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır.

BiG.AZ Metbuat.az-a istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi əsasında hesablanıb. Rəsmi məlumatlara görə, artımdan təxminən 1,1 milyon pensiyaçı yararlanıb.

Bəs növbəti artım nə vaxt olacaq?

Bu mövzunu saytımıza şərh edən iqtisadçı Əli Məmmnədov bildirib ki, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Onun sözlərinə görə, 2026-cı ilin yanvarında artım baş verib və eyni qaydada 2027-ci ilin yanvarında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artım tətbiq olunacaq.

Bu isə o deməkdir ki, hazırkı qaydalar dəyişməzsə, pensiyaçılar növbəti ümumi indeksləşdirməni 2027-ci ilin əvvəlində gözləyə bilərlər. Lakin artımın neçə faiz olacağı indidən bəlli deyil. Bunun üçün 2026-cı il üzrə orta aylıq əməkhaqqının yekun artım göstəricisi məlum olmalıdır. Başqa sözlə, builki əməkhaqqı artımı gələn ilin pensiya artımının əsas meyarlarından birinə çevriləcək.

Əli Məmmədov işləməyə davam edən pensiyaçılarla bağlı ayrıca mexanizmin olduğunu qeyd edib. Qanunvericiliyə əsasən, əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyası müəyyən şərtlərlə altı ildən bir yenidən hesablanır və bu zaman onların topladığı pensiya kapitalı nəzərə alınır. Onun sözlərinə görə, 2026-cı ilin sonrakı aylarında altı illik müddəti tamamlanan pensiyaçıların pensiyaları da yenidən hesablanaraq artırıla bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8631   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları

17 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Məktəblərdə payız tətili başladı

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb. xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Belə ki, şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr