Dövlətə 10 min manat ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ
Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub.
Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə barəsində cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib.
Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən, məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifədə çalışmaq qadağası qoyulub.
İttihama görə, Almaz Əliyeva musiqi məktəbində 14 320.57 manat məbləğində əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə edib xeyli miqdarda büdcə vəsaitini israf etməklə talayıb. Daha sonra ekspert rəyinə əsasən, onun dövlətə vurduğu məbləğ 10 854.14 manat məbləğində müəyyən edilib.
O, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, vurulmuş maddi ziyan tam ödənilib. O, əlavə olaraq cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edib, həmçinin ekspertiza xərclərinin də ödənişlərini həyata keçirib. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş edib.
Məhkəmə onun şikayətini təmin edib və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1431 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub. -a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyy
8 mayNazir bu instituta direktor təyin etdi
Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb
8 maySabah 22 dərəcə isti olacaq
Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərind
7 mayUNEC-in əməkdaşı 55 yaşında vəfat etdi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd
8 mayƏmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR
Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini - 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara (Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafi
8 mayAvtomobil 1-ci sinif şagirdini vurub öldürdü
Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, V. Mustafayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-c
8 mayBağçada tərbiyəçi uşaqlara kobudluq etdi, işdən çıxarıldı - Video
Sosial şəbəkələrdə Gəncədə yerləşən özəl bağçaların birində tərbiyəçi müəllimin dərs zamanı azyaşlılara qarşı kobud rəftar etməsi və təhqiramiz ifadələr işlətməsinə dair görüntülər yayılıb. "Qafqazinfo"nun məlumatına görə, Baku TV-yə danışan valideynlərdən biri - Əbabil Nağıyeva bildirib ki
7 may"Xınalıq" restoranında ofisiant qəfil öldü
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfa
8 may