Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılır

Mingəçevir Dövlət Universitetində iki yeni institut yaradılırAzərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq, Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ tədqiqatların təşviqi məqsədilə iki yeni institut - Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu, həmçinin Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

Oxu.Az xəbər verir ki, bu barədə MDU məlumat yayıb.

Yeni yaradılan Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasının məqsəd və vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcək. İnstitutun əsas hədəfi regionda süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, rəqəmsallaşma proseslərinin elmi əsaslandırılması və bu sahədə tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş iqtisadiyyatın müxtəlif sahələrində tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmalar həyata keçiriləcək.

MDU-nun yeni elmi istiqamətində fəaliyyət göstərəcək Tədqiqat və İnkişaf İnstitutu regionun potensialına uyğun olaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, eləcə də dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün yaradılır. İnstitut, həmçinin bu sahələrdə ixtisaslaşmış tədqiqatçıların yetişdirilməsini də qarşısına məqsəd qoyub.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihə Ramil Həsənovun rəhbərliyi ilə həyata keçiriləcək. O, "Detal Holdinq" və "Azəralüminium MMC" kimi sənaye müəssisələrində çalışmış, Azərbaycanda və İspaniyanın Xaen Universitetində təhsil almışdır. R.Həsənov, həmçinin Avropada və Asiyada "Picualia", "A3 Grupo de Comunicación", Almaniyanın "Achenbach", Çinin "Chinalco" və "CNPT" şirkətlərində elmi-praktiki təcrübə keçmiş təcrübəli tədqiqatçıdır.

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun qurulması üzrə layihə MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva tapşırılıb. O, Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetində (ODTÜ) elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində akademik fəaliyyətlə məşğul olan tanınmış mütəxəssislərdəndir.

Hər iki layihə rəhbərlərinin elmi fəaliyyəti nəticəsində nüfuzlu "Scopus" və "Web of Science" bazalarında ümumilikdə (əksəri Q1 və Q2 kvartildə olmaqla) indekslənmiş 28 elmi məqalə nəşr olunub.

Yeni institutların yaradılması MDU-da elmi fəaliyyətin daha da intensivləşdirilməsi, beynəlxalq səviyyədə tanınan tədqiqatların təşviqi və Azərbaycanda elmin rəqəmsallaşması istiqamətində mühüm addım olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1313   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021