Bir dəqiqədən az davam edən uçuşla bağlı MARAQLI FAKT
Dünyada çoxlu qeyri-adi aviamarşrutlar mövcuddur, lakin onlardan yalnız biri 1 dəqiqədən az çəkir. Şotlandiyanın Uestrey və Papa-Uestrey adaları arasında həyata keçirilən bu uçuş, Ginnesin Rekordlar Kitabına "dünyanın ən qısa müntəzəm hava reysi" kimi düşüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu iki ada arasındakı məsafə cəmi 1,7 kilometrdir və təyyarə havada sadəcə 53 saniyə qalır.
Təyyarə hələ yüksəklik qazandığı anda artıq enişə keçməyə başlayır. Hava aydın olduqda adalar bir-birindən aydın görünür. Buna baxmayaraq, adalar arasında körpü tikmək iqtisadi cəhətdən mənasız hesab olunur. Çünki Papa-Uestrey adasında cəmi 90 nəfər yaşayır və bu cür infrastruktur layihəsi özünü doğrultmaz. Alternativ olaraq 25 dəqiqəlik bərə marşrutu mövcuddur.
Reysin əsas sərnişinləri yerli sakinlər, müəllimlər, həkimlər və tədqiqatçılardır. Papa-Uestreydə qədim arxeoloji abidələr yerləşir və bu səbəbdən adaya tez-tez alimlər gəlir.
Maraqlıdır ki, bu reys təkcə nəqliyyat vasitəsi deyil, həm də turistlər üçün əsl attraksiyona çevrilib. Çox sayda səyyah xüsusi olaraq Orkni adalarına gəlib dünyanın ən qısa uçuş təcrübəsini yaşamaq istəyir.
Təyyarədən baxanda səyyahlar uçuş zamanı qayalı sahilləri, qoyun otlaqlarını və Atlantik okeanını seyr edə bilirlər. Biletin qiyməti bir tərəf üçün təxminən 17–25 funt sterlinq (təqribən 2000–3000 rubl) arasında dəyişir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 980 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ
Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv
9 sentyabr 2021Əkiz bəylər əkiz gəlinlərlə evləndi
Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar
6 sentyabr 2021Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Fransada porno saytlar məhkəməyə verildi
Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki
7 sentyabr 2021