Canlı yayım vaxtı zəlzələ oldu - Aparıcılar studiyadan belə qaçdılar - VİDEO
Kamçatkada baş verən güclü zəlzələ səbəbindən "Radio Kamçatka"nın canlı yayımını yarımçıq qalıb.
Milli.Az xəbər verir ki, 30 iyul tarixində 8,7 bal gücündə qeydə alınan zəlzələ zamanı radio aparıcıları Viktoriya Stepaşko və Marina Neustroyeva efirdə qonaqla söhbət edirdilər. Titrəmə başladıqda Stepaşko soyuqqanlıllığını qorumağa çalışsa da, bir qədər sonra studiyadan "Qaçın!" səsi eşidilib və onlar təxliyə olunublar.
Hadisənin görüntüləri radio kanalının Telegram səhifəsində yayımlanıb.
Qeyd edək ki, bu zəlzələ Kamçatkada 1952-ci ildən bəri qeydə alınan ən güclü təkan olub. Ardınca Sakit okeanda yaranan sunami Saxalin vilayətində yerləşən Şimal-Kurilsk şəhərinə vurub. Şimal-Kurilsk və Petropavlovsk-Kamçatski şəhərlərində fövqəladə vəziyyət elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1001 Tarix: 30 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Medvedev: "Paşinyan qaz qiymətlərinə görə postundan məhrum ola bilər"
"İrəvan eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakın üstünlüklərini qorumağa və Aİ ilə münasibətləri inkişaf etdirməyə çalışır". xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma kursun
24 mayÇində kömür mədənində ölənlərin sayı 90 nəfərə çatdı
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib. Qaynarinfo-nun məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib. Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsin
23 mayVenesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb
Cari ilin fevralında amnistiya qanununun qüvvəyə minməsindən bəri Venesuelada 390-dan çox məhbus azadlığa buraxılıb. "Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirind
23 may