Səudiyyə Ərəbistanında lunaparkda faciəvi qəza: 23 nəfər yaralandı - VİDEO
Səudiyyə Ərəbistanının Taif şəhərinə bağlı Hada bölgəsində yerləşən Green Mountain Park əyləncə mərkəzində ağır qəza baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, parkda attraksionlardan birində texniki nasazlıq baş verb. Nəticədə içərisində gənclərin olduğu kabin havada iki hissəyə ayrılıb və güclü zərbə ilə yerə çırpılıb.
Khaleej Times və Okaz kimi yerli media orqanlarının məlumatına görə, hadisə anı ziyarətçilərin mobil telefon kameraları tərəfindən qeydə alınıb. Kadrlarda attraksionun mərkəzi dayağının qəfil qırıldığı və sərnişinləri daşıyan qolun sürətlə yerə düşdüyü əks olunub. Qəza zamanı ərazidə böyük panika yaşanıb, ziyarətçilərin kömək çağırışları ətrafda əks-səda doğurub.
Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. İlkin məlumata görə, azı 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilərək müalicəyə götürülüblər.
Rəsmi qurumlar qəzaya səbəb olan amillərin müəyyən edilməsi üçün genişmiqyaslı istintaq başladıldığını açıqlayıb. Attraksionda texniki nasazlıq və ya lazımi baxımın aparılmaması ehtimalları araşdırılır. Green Mountain Park rəhbərliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qəzadan sonra ölkədə lunaparklarda təhlükəsizlik məsələləri yenidən gündəmə gəlib. Yay aylarında artan ziyarətçi axını səbəbindən əyləncə mərkəzlərində texniki yoxlamaların və nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar səsləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 848 Tarix: 31 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabrHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabr