Bursada qadının qarın boşluğundan 10 kiloqramlıq kütlə çıxarıldı
Bursada qarın nahiyəsində şişlik şikayəti ilə xəstəxanaya müraciət edən 40 yaşlarında olan qadında aparılan müayinələr nəticəsində təxminən 10 kiloqram ağırlığında böyük kütlə aşkar edilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Doruk Nilüfer Xəstəxanasında həyata keçirilən uğurlu əməliyyatla kütlə zədələnmədən çıxarılıb.
Ümumi Cərrahiyyə mütəxəssisi Op. Dr. Coşkun Özer, xəstəni ilk müayinə etdikdə vəziyyətinin sanki doğuma hazırlaşan qadını xatırlatdığını bildirib: "Əslində 10 kiloqramlıq bir kütlə ilə qarşı-qarşıya idik. Qarın boşluğunda böyük, hərəkətli, kistik bir quruluş mövcud idi. Xəstəmiz uzun müddət müxtəlif xəstəxanalara müraciət etmiş, çoxsaylı müayinələrdən keçmiş, lakin əməliyyata götürülməmişdi. Bizə gəldiyində həm fiziki, həm də psixoloji olaraq çox yorğun idi."
Dr. Özer, bu qədər böyük bir əməliyyatın risklərinə görə multidisiplinar komanda ilə işlədiklərini vurğulayaraq deyib: "Qadın xəstəlikləri, radiologiya və anesteziya mütəxəssislərimizlə birlikdə addım-addım əməliyyatı planladıq. Potensial fəsadlara qarşı bütün ehtiyat tədbirlərini gördük və əməliyyat uğurla başa çatdı."
Əməliyyat zamanı kütlənin patladılmadan çıxarılmasının əsas prioritet olduğunu bildirən Dr. Özer əlavə edib: "Bu tip kistlərin içində xərçəng hüceyrələri ola bilər. Əgər əməliyyat zamanı kütlə zədələnsəydi, xərçəng hüceyrələrinin bədənə yayılması riski vardı və bu, xəstənin gələcək həyatını ciddi şəkildə təhlükə altına sala bilərdi. Biz çox diqqətli işlədik və kütləni nəzarətli şəkildə çıxardıq. Daha sonra sürətli biopsiya aparıldı və nəticə təmiz çıxdı. Bu, bütün komandamız üçün böyük bir rahatlama oldu."
Əməliyyatdan əvvəl həyat keyfiyyəti çox aşağı olan xəstənin indi sağlam və xoşbəxt həyat sürdüyünü qeyd edən Özer, belə deyib: "Xəstəmiz qəbizlik, sidik ifrazında çətinlik, ürəkbulanma və qasıq ağrıları yaşayırdı. Sırtüstü yata bilmir, demək olar ki, hamilə qadın kimi hərəkət edirdi. İndi isə nəzarət altındadır və normal həyatına davam edir."
Cərrahiyyənin insan həyatına verdiyi böyük dəyərə diqqət çəkən Dr. Özer belə deyib: "Biz cərrahlar xəstələrə toxunmağı, onların həyatına nəfəs olmağı sevirik. Ona görə də ‘xərçəngi deyil, cərrahiyyəni sevirik’ deyirik."
Qadınlara mühüm xəbərdarlıq edən həkim vurğulayıb: "Qarın, döş və ya bədənin hər hansı bir hissəsində hiss edilən kütlə, şişlik, ağrı və ya forma dəyişikliyini əsla yüngülə almayın. ‘Öz-özünə keçər’ deyərək gecikdirmək gələcəkdə çox ciddi nəticələrə gətirib çıxara bilər. Erkən diaqnoz həyat xilas edir."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR