"Özümü qalib kimi hiss edirəm" - Rəşad Sadıqov

"Özümü qalib kimi hiss edirəm" - Rəşad Sadıqov"Komandamıza göstərdikləri əzmkar, mübariz oyuna görə təşəkkür etmək istəyirəm. Dünən mətbuat konfransında da demişdim ki, böyük azarkeş kütləsi qarşısında oynamağımıza baxmayaraq, zövq alacağıq. Səfərdə güclü rəqibə qarşı çıxış etsək də, ilk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Bu, bizdə çox yaxşı alınırdı".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat məhələsində "Hayduka qarşı keçirdikləri cavab görüşündən (1:2, ilk oyun - 1:1) sonra deyib. O, mətbuat konfransında matçı və turnirlə vidalaşmaqlarını şərh edib:

"Ani bir diqqətsizlikdən sonra qol buraxdıq. Marko Livayanın ustalığı sayəsində hesab açıldı. Yenə də matçboyu oyunumuza sadiq qaldıq, hücumlara atılmağa çalışırdıq. Ən vacib dəqiqələrdə qırmızı vərəqə aldıq, meydanda azlıqda qaldıq. Amma hesabı bərabərləşdirdik. Əlavə vaxtda 10 nəfərlə oynayıb başabaş mübarizə aparmaq çox çətin idi. Amma futbolçularımız əllərindən gələnin artığını edirdlər. Rəqib cərimə zərbəsini çox yaxşı yerinə yetirdi və əla qol vurdu. Yenə də oyundan qopmadıq. Çalışdıq ki, hesabı bərabərləşdirək. Amma artıq bizdə alınmadı. Futbolçularımı bağrıma basıram. Bu oyun göstərdi ki, biz inkişafdayıq, gündən-günə böyüyürük. Bu gün məğlub olsaq da, özümü qalib kimi hiss edirəm".

Mütəxəssis əlavə vaxtda "Hayduk"un vurduğu qələbə qolundan da söz açıb: "Təbii ki, hesabda geridə olanda qol buraxmamağa və imkan düşən kimi qol vurmağa çalışırsan. Amma əlavə vaxt başlayan kimi hakim cərimə zərbəsi təyin etdi. Rəqib də bundan ustalıqla yararlandı, yenə hesabda geriyə düşdük. Halbuki o dəqiqələrdə qol buraxmasaydıq, rəqib gərginləşəcəkdi. Bu halda da bizim əks-hücumlarımız, standart vəziyyətlərimiz daha təhlükəli ola bilərdi. Sadəcə olaraq 95-ci dəqiqədə qol vurdular".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 728   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

15 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr