50 yaşdan sonra qadınların daha uzun və sağlam yaşaması üçün 6 vərdiş

50 yaşdan sonra qadınların daha uzun və sağlam yaşaması üçün 6 vərdiş50 yaşdan sonra qadın orqanizmində təbii dəyişikliklər baş verir: hormon səviyyəsi azalır, maddələr mübadiləsi yavaşlayır, ürək-damar sistemi daha həssas olur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sağlamlığı qorumaq və qocalmanı ləngitmək üçün gündəlik həyatda bəzi faydalı vərdişləri mənimsəmək vacibdir.

1. Rasiona qara gavalı əlavə edin

Qara gavalı sümük sağlamlığı üçün əsl xəzinədir. O, kalium, K vitamini və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır və iltihabi prosesləri azaldır. Perimenopauza dövründə qadınlarda sümük sıxlığı sürətlə azalır.

Dietoloq Kelli Cons bu dövrdə düzgün qidalanmanın fiziki aktivliklə birgə vacibliyini vurğulayır. Qara gavalı məşqdən 10–15 dəqiqə əvvəl enerji üçün əla seçimdir. Onu smuziyə, sıyığa və ya yoqurta əlavə edərək sağlam qəlyanaltılar hazırlamaq olar.

2. Kofe yalnız ayıltmır, həm də yaddaşı qoruyur

Orta miqdarda kofe istifadəsi beyində yaşla bağlı dəyişiklikləri ləngidə bilər. Kofe tərkibində təkcə kofein deyil, həm də xlorogen turşusu və polifenollar kimi fitokimyəvi maddələr var ki, bunlar idrak funksiyalarını dəstəkləyir.

Gündə 2 fincandan artıq kofe içməmək və onu saat 14:00-dan əvvəl qəbul etmək tövsiyə olunur, çünki gecə yuxusuna mane ola bilər. Kofein həm də fiziki və əqli fəaliyyət zamanı faydalıdır.

3. Güc məşqləri osteoporozun qarşısını almağın yolu

Menopauzadan sonra sümük kütləsi sürətlə azalır və sınıq riski artır. Güc məşqləri sümük sıxlığını qoruyur, əzələləri və bağları möhkəmləndirir.

Məşqlər müxtəlif istiqamətlərdə - irəli, geri, yanlara doğru hərəkətləri əhatə etməlidir. Məsələn, istiqaməti dəyişməklə yerinə yetirilən sadə addımlamalar, monoton hərəkətlərdən daha faydalıdır.

4. Ağız boşluğuna qulluq edin

Yaş artdıqca estrogen səviyyəsi düşür və diş ətləri iltihaba daha çox meylli olur. İltihablı diş ətlərindən bakteriyalar qan dövranına keçə bilər, bu isə ürək-damar xəstəliklərinə və insult riskinə səbəb ola bilər.

Daimi ağız gigiyenası, diş sapından istifadə və stomatoloqa mütəmadi müraciət təkcə diş sağlamlığı üçün deyil, həm də ürək sağlamlığının qorunması baxımından əhəmiyyətlidir.

5. Müntəzəm tibbi müayinələrdən keçin

50 yaşdan sonra orqanizmin müxtəlif sistemlərini nəzarətdə saxlamaq vacibdir:

Görmə - qlaukoma və torlu qişa degenerasiyasını vaxtında aşkarlamaq üçün

Eşitmə - eşitmə itməsi idrakın zəifləməsini sürətləndirə bilər

Ağız boşluğu - diş əti xəstəlikləri sistemli iltihablarla əlaqəlidir

Ümumi analizlər - şəkər, xolesterin, D vitamini, böyrək və qaraciyər funksiyaları, eləcə də C-reaktiv zülal kimi iltihab markerləri

6. Səhər gəzintisi sağlamlığın sadə yolu

Səhərlər açıq havada gəzinti qan təzyiqini stabilləşdirir, xolesterin səviyyəsini normallaşdırır və ürək xəstəliklərinin riskini azaldır.

Saat 10-dan əvvəl günəş işığında olmaq D vitamini sintezini artırır, bioloji ritmləri tənzimləyir və endorfinlərin - xoşbəxtlik hormonlarının ifrazına səbəb olur. Gəzinti həmçinin maddələr mübadiləsini aktiv saxlayır, çəkiyə nəzarət etməyə kömək edir və 2-ci tip şəkərli diabetin qarşısını ala bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 948   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021