Rusiyada kişi 418 dəfə klinik ölüm keçirib
Rusiyanın Perm diyarının Vereşaqino şəhərində əsl tibbi möcüzə kimi qiymətləndirilə biləcək hadisə baş verib. 53 yaşlı Yaroslav adlı şəxs 418 dəfə klinik ölüm keçirib və hər dəfə yenidən həyata qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Belə ki, 2019-cu ildə ürək tutmasından sonra Yaroslavda mədəcik taxikardiyası inkişaf edib. 2025-ci ilin martında ona kardioverter-defibrilyator - ürək ritminə davamlı nəzarət edən cihaz implantasiya edilib.
Adətən, bu tip cihazlar enerji doldurulmadan təxminən beş il müddətində fəaliyyət göstərir. Lakin iyul ayında Yaroslav təcili xəstəxanaya yerləşdirilib. Sən demə, cihazın enerjisi cəmi dörd ay ərzində tamamilə tükənib ki, bu da həkimlər üçün gözlənilməz olub.
Müayinələr zamanı məlum olub ki, bu müddət ərzində defibrilyator 418 dəfə işləyərək Yaroslavı klinik ölümdən xilas edib, həmçinin 3 500 aritmiya tutması qeydə alıb. Əgər cihaz hər dəfə vaxtında işə düşməsəydi, bu 418 halın hər biri ölümcül ola bilərdi.
Yaroslav bu hadisədən sonra beş saat davam edən əməliyyat keçirib. Hazırda evə buraxılıb və normal həyata uyğunlaşmağa çalışır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 725 Tarix: 01 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrPolisi görəndə qaçmağa başladı: Görüntülər kamerada - VİDEO
İstanbulun Küçükçekmece rayonunda iş yerinə silahlı hücum edən və hadisə yerindən qaçmağa çalışan şübhəli polisdən yayına bilməyib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Halkalı küçəsində baş verib. Məlumata görə, şübhəli iş yerinə atəş açdıqdan sonra qaçmağa başlayıb. Məlumatın ardından əraziy
10 sentyabr