Xankəndidə İvan Ayvazovskinin heykəlinin Azərbaycan tərəfindən sökülməsi: Hüquqi və Siyasi əsaslar
İyulun 29-u Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin heykəli sökülüb. Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin heykəli 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən "Rusiya Şöhrət xiyabanı" layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.
Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bu bölgədə suverenliyini bərpa etmişdir. Həmin dövrdə Rusiya Federasiyasının sülhməramlı qüvvələri bölgəyə müvəqqəti yerləşdirilmişdi.
Azərbaycan Respublikasının Konstitusiyası, milli qanunvericiliyi və beynəlxalq hüququn əsas prinsipləri dövlətə öz ərazisi üzərində tam suveren hüquqlar verir. Hər bir dövlət öz ərazisində yerləşən tikililərin, o cümlədən heykəllərin taleyini müəyyən etmək səlahiyyətinə malikdir. Əgər hər hansı obyekt Azərbaycan dövlətindən icazəsiz və ya milli qanunvericiliyə zidd olaraq inşa olunubsa, onun sökülməsi suveren hüquq çərçivəsində baş verə bilər.
Bu məsələyə hüquqi müstəvidə yanaşdıqda bir neçə normativ sənəd əsas kimi çıxış edir. "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Prezident Sərəncamına əsasən ölkə ərazisindəki monumental abidələr yalnız dövlət qeydiyyatına alındıqdan sonra rəsmi heykəl hesab olunur və mühafizə olunur. 2009-cu ildə qəbul edilmiş Tədbirlər Planına görə isə heykəltəraşlıq abidələrin qeydiyyatı, müvafiq komissiya tərəfindən ekspertizası və layihələndirilməsi dövlət orqanlarının icazəsi ilə həyata keçirilir. İcazəsiz tikilən və dövlət reyestrinə daxil olmayan heykəltəraşlıq abidələr, o cümlədən müvəqqəti xarakter daşıyan obyektlər, hüquqi baxımdan qeyri-qanuni tikili sayılır və onların sökülməsi qanunvericiliyə uyğun hesab edilir. Bu qanuna əsasən, 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən Azərbaycan dövlət qurumlarının razılığı olmadan ucaldılmış İvan Ayvazovskinin heykəlinin dövlət qeydiyyatında deyildirsə, onlar mühafizə olunan heykəl sayılmır və sökülməsi hüquqi əsaslarla mümkündür.
Rusiya sülhməramlılarının fəaliyyəti zamanı inşa edilmiş obyektlərin böyük əksəriyyəti müvəqqəti xarakter daşıyırdı və Azərbaycanın rəsmi razılığı ilə inşa olunmamışdı. Bu səbəbdən, həmin heykəl Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq qeyri-qanuni tikili hesab edilə bilər.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələri tərəfindən tikilmiş İvan Ayvazovskinin heykəlinin sökülməsi tamamilə dövlətin suveren hüququ çərçivəsində həyata keçirilmişdir. Hüquqi əsaslar həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarında aydın şəkildə əks olunmuşdur.
Şahin Seyidzadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb