Oxumaq və dinləmək arasında fərq - Beyin hansında daha yaxşı işləyir?

Oxumaq və dinləmək arasında fərq - Beyin hansında daha yaxşı işləyir?Müasir dövrdə demək olar ki, hər şeyin səsli versiyası mövcuddur. Məlumatları bu qədər asan əldə etməyimizə baxmayaraq, kitab oxumağın nə üçün vacib olması ilə bağlı səsləndirilən fikirlər insanlarda maraq yaradır.

Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir dilçi alim oxumaqla dinləmənin beynimizi fərqli şəkildə işlədiyini və bu iki fəaliyyətin bir-birini tam əvəz edə bilmədiyini bildirir.

Hər şeyin səsli hala gəldiyi bir dövrdə niyə hələ də kitab oxumağa ehtiyac var?

Oxumaq və dinləmək beyində fərqli işlər görür

Gəlin bir düşüncə təcrübəsi ilə başlayaq: Gözlərinizi yumun və bir neçə yüz il sonra gələcəyin necə görünəcəyini təsəvvür edin.

İnsanlar artıq qalaktikalararası səyahət edirmi? Bəlkə də onlar kosmik gəmilərdə, sualtı dünyalarda və ya bənövşəyi səmalı planetlərdə yaşayırlar.

İndi isə öz yataq otağınızı gələcəyin bir gənci kimi təsəvvür edin. Çox güman ki, divarda işıldayan bir ekran var. Pəncərədən baxdığınızda Saturna aid halqaları, Neptunun mavi parıltısını və ya okean dibinin möcüzələrini görə bilərsiniz.

Özünüzdən soruşun: O otaqda bir kitab varmı?

İndi gözlərinizi açın. Böyük ehtimalla yaxınlıqda bir kitab görəcəksiniz. Bəlkə komodininizdədir, ya da yatağınızın altında. Bəzi insanların yalnız bir kitabı var, bəzilərinin isə onlarla.

Podcast və audiokitabla dolu bir dünyada belə, hələ də ətrafımızda kitablar var. Niyə? Əgər hər şeyi dinləyə biliriksə, o zaman oxumaq niyə hələ də vacibdir?

Beynin işləmə mexanizması fərqlidir

"The Conversation" platformasında dərc olunan bir məqaləyə görə, beynimiz həm oxuyarkən, həm də dinləyərkən dili başa düşmək üçün oxşar sistemlərdən istifadə edir. Lakin informasiyanın işlənmə üsulu əhəmiyyətli dərəcədə fərqlənir.

Oxuma zamanı beynimiz hərflərin formasını tanıyır, onları səslərə çevirir və mənalarını bir-biri ilə əlaqələndirir. Mətnin quruluşu, nöqtələmə işarələri, paraqraflar, qalın yazılmış sözlər kimi vizual ipucları mənanın daha yaxşı anlaşılmasına kömək edir. Bundan əlavə, oxuma sürətini özümüz müəyyən edə bildiyimiz üçün çətin hissələri təkrar oxuma və ya altından xətt çəkmə imkanı da olur.

Dinləmə zamanı isə beyin danışanın sürətinə uyğunlaşmalıdır. Sözlər axınla səsləndikcə, beyin eşidilənləri yadda saxlamaq və sözlər arasındakı sərhədləri tez müəyyənləşdirmək məcburiyyətində qalır. Eyni zamanda, səs tonu və danışanın kimliyi kimi əlavə informasiyaları da işləyərək ümumi mənanı formalaşdırır.

Dinləmək oxumaqdan çətin ola bilər

Yayğın düşüncənin əksinə olaraq, dinləmək həmişə oxumaqdan daha asan deyil. Xüsusilə mürəkkəb və ya qeyri-adi mövzularla bağlı olan materiallarda dinləmək daha çətin ola bilər.

Məsələn, roman kimi bədii mətnlərdə oxumaqla dinləmək arasındakı fərq az olur. Lakin elmi məqalələr və ya məlumatverici mətnlərdə oxumaq daha səmərəlidir. Oxuma, çətin hissələrə qayıtmaq və diqqəti yenidən cəmləmək imkanı verir, dinləmədə isə bu proses daha çətin və axını pozucu olur.

Digər tərəfdən, disleksiya (oxuma çətinliyi) olan insanlar üçün dinləmək daha rahat və effektiv öyrənmə üsulu ola bilər.

Diqqət yayını dinləməni çətinləşdirir

Tədqiqatlar göstərir ki, insanlar adətən nəsə dinləyərkən eyni anda başqa işlərlə də məşğul olurlar. Məsələn, idman edərkən və ya yemək bişirərkən podcast dinləmək kimi. Bir təcrübədə, eyni mətni oxuyan tələbələrin onu dinləyən tələbələrlə müqayisədə imtahanda daha yaxşı nəticə göstərdiyi məlum olub. Bunun əsas səbəbi isə dinləyən tələbələrin eyni vaxtda bir neçə işlə məşğul olması idi.

Nəticə: Hər ikisi vacibdir, amma fərqli məqsədlər üçün

Nəticə olaraq, oxumaq və dinləmək eyni məqsədə – informasiya əldə etməyə xidmət etsə də, beynin fərqli bölgələrini işə salır. Hər iki fəaliyyətin özünəməxsus üstünlükləri var və biri digərini tamamilə əvəz edə bilmir. Məlumatı daha yaxşı mənimsəmək üçün bu iki üsulun necə işlədiyini başa düşmək və onları düzgün məqsədlər üçün istifadə etmək ən doğru yanaşmadır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 793   Tarix: 05 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021