İbrahim Tatlısesin etnik mənşəyi ilə bağlı yeni detallar: "İmperator"un uşaqlıq illəri və məşhurluğa gedən yol
Türk musiqi dünyasının "İmperator"u kimi tanınan İbrahim Tatlısesin etnik mənşəyi ilə bağlı maraqlı faktlar yenidən gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun illər Şanlıurfalı olaraq tanınan sənətçinin atasının ərəb, anasının isə kürd əsilli olduğu məlum olub.
1952-ci ildə Şanlıurfada anadan olan Tatlıses, yeddi uşaqdan ibarət ailənin ən böyük övladı olub. Atası Ahmet Tatlı həbsdə olduğu dövrdə dünyaya gələn sənətçi uşaqlıqdan çətin həyatla üz-üzə qalıb. Heç vaxt məktəbə getməyən Tatlıses, illər sonra verdiyi bir müsahibədə bu barədə "Urfa’da sanki Oxford vardı da biz mi gitmedik?" sözləri ilə dövrün ədalətsizliyinə diqqət çəkib.
Kiçik yaşlarından ailəsinə dəstək olmaq üçün su satıb, küçə satıcılığı edib, daha sonra isə inşaatlarda soyuq dəmir ustası kimi çalışıb. İş zamanı türkülər oxuması həyatında dönüş nöqtəsi olub. Bir gün Adanada türkü söyləyərkən bir sinemaçının diqqətini çəkib və bu təsadüf onun səhnə karyerasına qapı açıb.
Əvvəlcə Adanada səhnəyə çıxan Tatlıses, daha sonra Ankaraya gedərək gazinolarda və pavyonlarda tanınmağa başlayıb. 1974-cü ildə Ankaradakı Kınalı Pavyonda səsləndirdiyi "Ayağında Kundura" mahnısı onun karyerasında sıçrayış nöqtəsi olub. Bu ifa sayəsində Ankara Radiosuna dəvət alıb, ardınca isə Yeni İl proqramında televiziyaya çıxıb və qısa müddətdə bütün Türkiyədə tanınan bir ad halına gəlib. İstanbulda müğənni Yılmaz Tatlıseslə tanışaraq onun soyadını götürüb.
Etnik kimliyi ilə bağlı Tatlıses illər ərzində müxtəlif açıqlamalar verib. Kanal D-də qatıldığı proqramda "Atam ərəb, anam kürd, mən isə türkəm," – desə də, 2005-ci ildə Erbildəki konsertində "Atam türk, anam kürd, mən türk oğlu türkəm. Sizə Türkiyədən salam gətirdim," – sözləri ilə tamaşaçıları salamlayıb.
Onun bu açıqlamaları, həm mənşəyi, həm də duruşu ilə cəmiyyətin hər təbəqəsinə xitab etməyi bacaran Tatlısesin niyə uzun illər böyük kütlələrin sevimlisi olduğunu bir daha göstərib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Firuzə İbadova xəstəxanaya yerləşdirilib
Əməkdar artist Firuzə İbadova xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər yutubdakı verilişində deyib. O bildirib ki, müğənninin vəziyyəti ağırdır. Daha sonra F.İbadovanın qızı Hülya verilişə zəng edərək "Əməliyyat olunub, reanimasiyaya yerləşdirilib. Vəziyyət
9 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrRöyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19 sentyabrAlim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara
19 sentyabrDünyaca məşhur müğənninin səhnədə ətəyi düşdü
Dünyaca məşhur müğənni Jennifer Lopez son konsertində bədbəxt geyim qəzası yaşayıb. Mahnı oxuyub rəqs etdiyi zaman kostyumu sürüşən sənətçi səhnədə çətin anlarla üzləşib. Onun köməyinə isə rəqqaslarından biri çataraq vəziyyəti qısa müddətdə toparlayıb. xarici mediaya istinadla xəbər verir ki, səhnəd
4 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabrMəşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO
Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy
18 sentyabr"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi
Türkiyəli aktrisa Gülsen Tuncer vəfat edib. Axşam.az xəbər verir ki, 81 yaşlı aktrisa beyin xərçəngindən əziyyət çəkirdi. Qeyd edək ki, G.Tuncer tamaşaçılara "Aşk-ı Memnu" serialında canlandırdığı "Arsen Ziyagil" obrazı ilə tanışdır
18 sentyabrİlham Mirzəyev xəstəxanaya yerləşdirildi
Tanınmış aparıcı İlham Mirzəyevin səhhətində problem yaranıb. "Bakupost"a istinadla xəbər verir ki, aparıcı hazırda Mərkəzi Klinikada müalicə aldığını bildirib. O, vəziyyətinin yaxşı olmadığını qeyd edərək izləyicilərindən onun üçün dua etmələrini istəyib. "Hazırda Mərkəzi Klinikadayam
6 sentyabr