Çində qadın 13 ildir mağazanın işığını söndürmür - Səbəbi qeyri-adi olsa da, hər kəsi təsirləndirir

Çində qadın 13 ildir mağazanın işığını söndürmür - Səbəbi qeyri-adi olsa da, hər kəsi təsirləndirirÇinin mərkəzində yerləşən Çanşa şəhərində 60 yaşlı Sun Meyxua adlı qadın artıq 13 ildir ki, mağazasının qarşısındakı işığı gecələr söndürmür. Bu addımın səbəbi isə qadınların özlərini təhlükəsiz hiss etməsinə şərait yaratmaqdır.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" yayıb.

Sun Meyxua 2012-ci ildə ərzaq mağazasını açdıqdan qısa müddət sonra bir neçə gənc qadın ona yaxınlaşıb və bildirib ki, mağaza qarşısındakı işıq onların işdən sonra evə gedərkən özlərini daha güvənli hiss etmələrinə kömək edir. Həmin vaxtdan bəri mağazanın işığı 24 saat yanılı vəziyyətdə saxlanılır.

Bununla kifayətlənməyən Sun mağazanın iş saatlarını da dəyişdirib - indi o gecə saat 2-yə qədər açıq qalır. Bəzi hallarda qadın müştəriləri evə qədər də ötürür. Yerli sakinlər onun bu diqqətinə görə ona "fənər-bibi" ləqəbini veriblər.

Sun Meyxua yaşlı və mobil telefondan istifadə edə bilməyən uşaqlar üçün də bir imkan yaradıb: stasionar telefonunu mağazaya gətirib və ondan pulsuz istifadəyə icazə verib. Qadın deyir ki, telefon hər il köhnəlir və dəyişməyə ehtiyac olur, amma o bu xidməti dayandırmaq barədə heç vaxt düşünməyib:

Sakinlər ona öz ehtiyat açarlarını da etibar edirlər - bəziləri ehtiyat üçün, bəziləri isə ikinci dəsti olmadığı üçün. Sun bu açarları etibarlı şəkildə saxlayır və ehtiyac olduqda qapını açmağa kömək edir.

"Əgər köməyə ehtiyacım olsa, Meyxuanın yanına gedirəm. Mən ona güvənirəm", - deyə yaşlı qonşulardan biri bildirib.

Sun və həyat yoldaşı bu rayonda artıq 20 ildən çoxdur ki, yaşayır. O, bir vaxtlar sosial yardımla dolandıqlarını və yerli icmadan dəfələrlə kömək aldığını bildirərək, indi etdiyi yaxşılıqları minnətdarlıq əlaməti kimi gördüyünü deyir.

Sun Meyxuanın hekayəsi sosial şəbəkələrdə böyük rezonans doğurub. İstifadəçilər onun ardıcıl və səmimi yardım istəyini yüksək qiymətləndiriblər - "Bir dəfə kömək etmək asandır. Hər gün bunu etmək isə çətindir", "Bu mağaza yox, pulsuz sevgi paylanan yerdir", "Qayğısı da, işığı da pulsuzdur" kimi şərhlər yazıblar.

"Sadəcə olaraq, ehtiyacı olanlara yardım etmək istəyirəm", - deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3572   Tarix: 05 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən çox istifadə edilən emoji açıqlandı

Ən çox istifadə edilən emojilər açıqlanıb. "Qafqazinfo" "Google"un paylaşdığı məlumatlara istinadən xəbər verir ki, gözlərindən yaş axaraq ağlayan üz emojisi hazırda dünyada ən çox istifadə edilən simvoldur. Bildirilir ki, istifadəçilər bu emojini çox vaxt onun ilkin mənasından tamamil

25 avqust
.

Arıqlamaqla bağlı bütün qaydaları POZDU: Yağdan, ətdən yeyib 22 kilo verdi

40 yaşlı Rut Soukup illərlə az kalorili və məhdudlaşdırıcı pəhrizlər saxlamasına baxmayaraq, itirdiyi çəkini yenidən geri alıb. Qidalanma rejimini tamamilə dəyişən qadın 22 kilo arıqlayıb və çəkisini uzun müddət qorumağı bacarıb. xarici KİV-ə istinadən xəbər verir ki, Soukup kalori hesablamaq əvəzinə

21 avqust
.

Hillari Klinton əri Bill Klintonun dəfn mərasimini planlaşdırır

Hillari Klinton artıq əri Bill Klintonun qarşıdan gələn anım mərasimini planlaşdırmağa başlayıb. -ın xarici mediaya isinadən məlumatına görə, ABŞ-ın keçmiş prezidenti avqustun 19-da 80 yaşını qeyd edib və mənbələr iddia edir ki, o, həmçinin 120 milyon dollar dəyərində vəsiyyətnaməsində dəyişiklik etməy

20 avqust
.

Şimal dənizində 90 ildən sonra ilk dəfə nəhəng tunes balığı tutuldu

Şimal dənizində təxminən 90 ildən sonra ilk dəfə adi tunes balığı ovlanıb. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Böyük Britaniyanın Şimali Yorkşir qraflığındakı Uilbi balıqçı limanı yaxınlığında "Dominator" gəmisinin heyəti çəkisi 338 kiloqram olan tunes tutub

21 avqust
.

Məşhur müğənni istədi, qarpız 4 min kilometr "yol getdi"

Fransanın dünyaca məşhur kurort şəhəri Sen-Tropezdə istirahət edən tanınmış türkiyəli müğənni Ebru Yaşarın Diyarbəkir qarpızına olan istəyi maraqlı hadisəyə səbəb olub. Müğənninin arzusu ilə Türkiyədən xüsusi olaraq göndərilən qarpız təxminən 4 min kilometr yol qət edərək Sen-Tropezə çatdırılıb. xaric

25 avqust
.

Məsciddən ayaqqabı oğurladı, imamlar intiqam aldı

Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib. Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat nama

21 avqust
.

Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran maddənin adı açıqlandı

Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir. xəbər verir ki, tibb elmlər

25 avqust
.

Avstraliyada ilk dəfə suiti quş qripinə yoluxdu

Avstraliyanın materik hissəsində ilk dəfə məməli heyvanda H5 quş qripinə yoluxma faktı qeydə alınıb. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yoluxmuş suiti cəsədi avqustun 19-da Cənubi Avstraliya ştatının paytaxtı Adelaidadan təxminən 300 kilometr məsafədə yerləşən Biçport şəhərind

24 avqust
.

"iPhone"nin kreditinə görə bir ailə məhv oldu - Ana, ata və 18 yaşlı oğul öldü

Hindistanda "iPhone"nin kreditinə görə ailədə faciə baş verib. xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Kunal Çandqude valideynlərindən kreditlə aldığı "iPhone"nin aylıq ödənişi üçün pul istəyib, valideynləri bundan imtina etdikdən sonra gənc dik yamaca qalxaraq həyatın

24 avqust