Qadınlar üçün qan təzyiqini azaltmağın sadə yolu məlum olub

Qadınlar üçün qan təzyiqini azaltmağın sadə yolu məlum olubQadınlar üçün qan təzyiqini azaltmağın sadə yolu açıqlanıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Circulation jurnalında dərc olunan elmi məqalə dərc olunub.

Məqalədə qeyb olunub ki,Kaliforniya Universitetinin (San-Dieqo) alimləri müəyyən ediblər ki, hətta sadəcə oturacaqdan daha tez-tez qalxmaq vərdişi belə ürək sağlamlığına, xüsusilə də menopauzadan sonra olan qadınlarda müsbət təsir göstərir.

Tədqiqatda menopauzadan sonrakı qadınlar iştirak ediblər.

Bu qrup daha çox ürək-damar xəstəliklərinə, şəkərli diabetə və erkən ölümə meyllidir. Qadınlar üç qrupa bölünüb:

birinci qrup oturmağı azaltmağa çalışıb,

ikinci qrup tez-tez ayağa qalxıb,

üçüncü qrup isə nəzarət qrupu olub.

3 ayın nəticəsinə görə, ikinci qrupdakı qadınlar gündə ortalama 25 dəfə daha çox ayağa qalxıblar və bu, onların diastolik qan təzyiqinin 2,24 mm civə sütunu aşağı düşməsinə səbəb olub. Bu göstərici klinik baxımdan hələ kritik həddə (3–5 mm civə sütunu) çatmasa da, kiçik vərdiş dəyişikliyinin belə sağlamlığa müsbət təsir edə biləcəyini göstərib.

Tədqiqatın aparıcı müəllifi, professor Şeri Hartman bildirib:

"Bizə tez-tez deyilir ki, az oturun. Amma necə? Biz müəyyən etdik ki, qısa ayaqüstü fasilələr – ümumi oturma vaxtını azaltmadan belə – damar sağlamlığını dəstəkləyə bilər".

Alimlər qan şəkərində dəyişiklik müşahidə etməyiblər, lakin daha ciddi təsirlər üçün müşahidə müddətinin artırılması lazım olduğunu vurğulayıblar. Növbəti mərhələdə isə həm yaşlı kişiləri, həm də qadınları əhatə edən genişmiqyaslı tədqiqat planlaşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 784   Tarix: 06 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?

Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlard

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr