Kişi başına saplanmış oxla 2 gün yaşadı - İtaliyada
İtaliyada Həkimlər başına arbalet oxu saplanmış bir şəxsin həyatını xilas ediblər. O, bu vəziyyətdə iki gün yaşamağa davam edib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
Hadisə Ankona şəhərində baş verib. Yerli xəstəxananın neyrocərrahiyyə şöbəsinin rəhbəri professor Mauritsio Yakoandjelinin sözlərinə görə, 64 yaşlı kişi təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun başına saplanmış ox alından girərək başın arxa hissəsinədək nüfuz edib. Həkim bildirib ki, bu cür ağır xəsarətə baxmayaraq, kişi möcüzəvi şəkildə sağ qalıb və iki gün ərzində başındakı yad cisimlə yaşamağa davam edib. Xəstəxanaya gətiriləndə isə şüuru yerində olub.
Professorun sözlərinə görə, ox beyin fəaliyyətinə cavabdeh olan həyati mərkəzlərə toxunmayıb. Cərrahlar oxu uğurla çıxarıblar və pasienti reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda onun vəziyyəti ağırdır, həkimlər həyatını xilas etməyə çalışırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 826 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabr