Səhər, yoxsa axşam: Arıqlamaq və ürək sağlamlığı üçün qara şokoladı nə vaxt yemək daha faydalıdır?

Səhər, yoxsa axşam: Arıqlamaq və ürək sağlamlığı üçün qara şokoladı nə vaxt yemək daha faydalıdır?Qara şokoladın günün müəyyən vaxtlarında qəbul edilməsi çəki itkisinə və ürək sağlamlığının yaxşılaşmasına kömək edə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, səhər və ya axşam saatlarında istehlak edilməsinin iştah, maddələr mübadiləsi, qan şəkəri səviyyəsi və ürək-damar sistemi üzərində fərqli təsirləri var.

Əhval-ruhiyyənin yaxşılaşdırılması üçün nə vaxt yemək lazımdır?

Əgər günorta saatlarında qəlyanaltı zamanı qara şokolad yeyilərsə, onun tərkibindəki teobromin və təbii stimulyatorlar əhval-ruhiyyəni yaxşılaşdıra bilər və günorta depressiyasını yüngülləşdirməyə kömək edər – həm də qan şəkərinin qəfil düşməsi baş vermədən.

Qara şokolad əhvalı yaxşılaşdırmaqla yanaşı, bağırsaq mikrobiomuna da müsbət təsir edir (yəni həzm sistemindəki faydalı bakteriyaların balansını qoruyur).

Aparılan bir araşdırma göstərib ki, tərkibində 85% kakao olan qara şokolad qəbul edən insanlar 75 faiz kakao olan şokolad yeyənlərlə müqayisədə daha yaxşı əhval-ruhiyyəyə malik olublar. Bu təsir, faydalı bağırsaq bakteriyalarının daha yüksək səviyyədə olması ilə əlaqələndirilir.

Arıqlamaq üçün nə vaxt yemək lazımdır?

Arıqlamaq məqsədilə qara şokoladın ən uyğun qəbul vaxtı səhərdir. Araşdırmada səhərlər şokolad yeyən iştirakçılar:

Çəki almamışdılar

Şirinə qarşı meylin azaldığını bildiriblər

İştahlarının azaldığını qeyd ediblər

Aclıq zamanı qan şəkəri səviyyəsinin aşağı olduğunu müşahidə ediblər

Bel nahiyəsinin incəldiyini bildiriblər

Qara şokoladın iltihab əleyhinə və yağ əleyhinə xüsusiyyətləri bədənin enerji xərclərini artıraraq arıqlamağa kömək edə bilər. Tərkibindəki antioksidantlar və minerallar (məsələn, mis və manqan) qan dövranını, maddələr mübadiləsini və enerji istehsalını artıraraq çəkiyə nəzarəti asanlaşdırır.

Ürək sağlamlığı üçün nə vaxt yemək daha yaxşıdır?

Qara şokoladın günün əvvəlində, yəni səhərlər yeyilməsi ürək sağlamlığı üçün ən uyğun vaxt sayılır. Bu zaman şokolad:

Qan şəkərinin səviyyəsini tənzimləyir

Gün ərzində şəkərə qarşı istəyi azaldır

Araşdırmalara görə, qara şokolad ürək xəstəlikləri, infarkt və insult riskini 37% azalda bilər.

Qara şokoladdakı flavonollar ürək sağlamlığı üçün çoxsaylı faydalar təqdim edir:

Qan damarlarının genişlənməsini və rahatlamasını təmin edir

Qan təzyiqini aşağı salır

İltihabı azaldır

Qara şokoladın qida dəyəri (30 qram, 70–85 faiz kakao)

Kalori – 170 kkal

Yağ – 12,1 qram

Zülal – 2,21 qram

Lif – 3,09 qram

Karbohidrat – 13 qram

Şəkər – 6,8 qram

Mis – 0,5 milli qram

Dəmir – 3,37 milli qram

Maqnezium – 64,6 milli qram

Sink – 0,93 milli qram

Qara şokoladın istifadəsi ilə bağlı tövsiyələr

Qara şokoladdan maksimum fayda əldə etmək üçün aşağıdakı məsləhətlərə əməl edin:

Əlavə şəkərdən uzaq durun az kakao tərkibli və ya karamel kimi dadlandırıcılar əlavə olunmuş şokolad məhsullarında çox vaxt zərərli şəkər olur.

Kofeinə diqqət yetirin qara şokoladın tərkibində təbii şəkildə stimullaşdırıcı maddələr mövcuddur, buna görə həddindən artıq qəbul etməyin. Kaloriyə nəzarət edin qara şokolad kalori baxımından zəngindir, buna görə miqdarını məhdudlaşdırın.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 889   Tarix: 07 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021