Fransanın Azərbaycandakı səfiri geri çağırılıb?
Fransanın Azərbaycandakı səfiri Ann Buayonın məsləhətləşmələr üçün geri çağırıldığı haqda məlumatlar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, "Azərbaycan" qəzetinin iddiasına əsasən, Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının real olduğu bir vaxtda səfirlə bağlı "tədbir" görür.
Fransanın Azərbaycandakı səfirliyi bu xəbərə reaksiya verib. Bildirilib ki, məlumat həqiqətə uyğun deyil: "Səfirliyimiz bu gün gündəlik "Azərbaycan" qəzetində dərc olunmuş və səfirimiz Anne Boillon (Ann Buayon) Respublika prezidenti tərəfindən məsləhətləşmələr üçün geri çağırıldığı barədə yazılan məqalədən agahdır. Səfirimiz Fransada məzuniyyətdədir və avqustun 24-də Bakıya qayıdandan sonra fəaliyyətini davam etdirəcək. Onun geri qayıtma tarixi və ölkədə olmadığı barədə Azərbaycan hakimiyyətinə məlumat verilib. Onun növbəti missiyasının sonu Fransa diplomatik personalının adi rotasiya cədvəlinə uyğundur və "Azərbaycan" qəzeti iddia etdiyi kimi, siyasi motivlərlə bağlı deyil".
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 2022-ci ilin noyabrında Ann Buayonı Azərbaycana səfir təyin edib. Səfirlik bir neçə gün əvvəl yaydığı açıqlamada yaxın müddətdə onun səlahiyyət müddətinin başa çatacağını bəyan etmişdi. Səfirin Azərbaycanı tərk edəcəyi tarixin hələlik müəyyən edilmədiyi qeyd olunub.
Xatırladaq ki, Fransa səfirinin bu ilin iyununda Qarabağa dəvətsiz səfər etməsi müzakirələrə səbəb olmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO