İsveç mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Donald Tramp ilə görüşündən yazıb
İsveçin geniş oxucu auditoriyasına malik olan nəşrləri - "Dagens Nyheter", "Svenska Dagbladet", "Aftonbladet", "SVT Nyheter", "Omni" və "Expressen" Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə Birgə Bəyannamənin imzalandığı görüşünü işıqlandırıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Svenska Dagbladet"in yazdığına görə, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarəti, turizmi inkişaf etdirmək və diplomatik münasibətlər qurmaq, habelə bir-birinin sərhədlərinə hörmət etmək barədə razılığa gəliblər. Qəzet Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək ticarət və tranzit dəhlizinin, "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu"nun yaradılmasına xüsusi diqqət yetirir. Nəşrin məlumatına görə, dəhlizin adını erməni tərəfi təklif edib. ABŞ Bakı ilə hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri də aradan qaldırıb.
"Dagens Nyheter" nəşri qeyd edir ki, saziş 1990-cı illərin əvvəlindən bağlanmış nəqliyyat marşrutlarının bərpasına yol aça bilər.
"Aftonbladet" müqavilənin şərtlərini təfərrüatı ilə qeyd edib, hərbi məhdudiyyətlərin aradan qaldırılmasını, Azərbaycana birbaşa yardımı qadağan edən 1992-ci il qanununun 907-ci maddəsinin dayandırılmasını, Ermənistan və Azərbaycanın Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürmək niyyətini vurğulayır.
"Omni" xəbər saytının məlumatında qeyd olunur ki, Avropa Şurası və Avropa Komissiyasının birgə bəyanatında razılaşmaya görə hər iki tərəfə və ABŞ administrasiyasına yüksək qiymət verilib və təşəkkür edilib. Məqalədə xatırladılır ki, Ermənistanla Azərbaycan arasında onilliklər ərzində münaqişə var, İrəvan son illərdə Aİ-yə yaxınlaşır, Azərbaycan isə Avropaya mühüm qaz təchizatçısıdır.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 09 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021