Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapılıb

Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapılıbQazaxıstanda iyulun 25-də radarlardan itərək yoxa çıxan hərbi helikopterin axtarışları zamanı hava gəmisinin parçaları və bir meyit Almatı vilayətindəki Sorbulak gölündə 14 metr dərinlikdə tapılıb.

Bu barədə "Report" Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, peyk məlumatlarından istifadə etməklə aparılan riyazi hesablamalar sayəsində helikopterin mümkün yerinin təxmini sahəsi müəyyən edilib.

"Axtarış qrupları və xüsusi texnika bu sahəyə göndərilib. Silahlı Qüvvələrin hərbi qulluqçuları sualtı işlər zamanı təxminən 14 metr dərinlikdə helikopterin parçalarını və meyiti aşkar ediblər. Hazırda meyitin kimə aid olmasının aydınlaşdırılması prosesi davam etdirilir", - nazirlikdən vurğulanıb.

Qeyd edək ki, iyulun 25-də Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib. Helikopterdə üç ekipaj üzvü olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 644   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb

İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün

5 iyul
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

8 iyul
.

Tramp və Ərdoğan arasında görüş keçirilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind

7 iyul
.

"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını

5 iyul
.

Rusiya Ukraynanın daha beş yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya ordusu Ukraynada bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Xarkov vilayətində Şiykovka, Novıy Mir, Çerneşçina və Drujelyubovka yaşayış məntəqələri, həmçinin Donetsk vilayətində Vasilyevka kəndi Rusiyanın nəzarətin

5 iyul
.

KXDR-də yeni esminesin silah sınaqları keçirilib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt

5 iyul
.

Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib

5 iyul
.

İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb

İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"

5 iyul
.

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba

6 iyul