Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüatlar
Türkiyənin Aydın vilayətində meyiti tapılan 22 yaşlı universitet tələbəsi Teslime Hanedanın ölümündən sonra yeni detallar ortaya çıxıb.
Milli.Az yerli mətbauata istinadən xəbər verir ki, Teslime 10 ay əvvəl anası və atasının ona şiddət tətbiq edib, evdə zorla saxladıqları iddiası ilə hər ikisi barəsində uzaqlaşdırma qərarı aldırıb.
Başından güllə ilə vurulmuş halda tapıldı
Avqustun 6-da Aydının Kalfaköy məhəlləsi yaxınlığındakı meşə yolunda başından güllə ilə vurulmuş qadın meyiti tapılıb. Meyitin Adnan Menderes Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin 3-cü kurs tələbəsi Teslime Hanedan olduğu müəyyən edilib. Əraziyə ilk çağırışı edən şəxsin onun sevgilisi Efe F. olduğu məlum olub və o, şübhəli şəxs qismində saxlanılıb.
Sevgilisinin ifadəsi ziddiyyətli oldu
Polis araşdırmaları zamanı Efe F.-nin Teslimeni vurulduğu yerdən 50 metr məsafəyə qədər kürəyində daşıdığı məlum olub. O, polisə ilkin ifadəsində qızın çantasından silah çıxarıb özünü vurduğunu deyib. Lakin daha əvvəl 112-yə zəng edərək "Qız yoldaşıma çata bilmədim, telefon izləmə proqramı ilə yerini tapdım, meyitini gördüm" deməsi ziddiyyətli ifadə kimi qiymətləndirilib.
Hadisə zamanı yanında 4 nəfər daha olub
Hadisədən əvvəl Teslime Efe F. və onun 4 dostu taksi ilə birlikdə həmin əraziyə gəliblər. Polis həmin 4 nəfəri də şübhəli qismində saxlayıb. Ümumilikdə 5 nəfər hal-hazırda polis idarəsində dindirilməkdədir.
Atası: "Uşağımın mənim yanımda qalmasını istədim"
Teslimenin meyiti Mersinin Mut rayonundakı Kurtsuyu kəndində dəfn edilib. Kəndin muxtarı olan atası Beytullah Hanedan qızının onu və anasını "məni evdə zorla saxlayırlar" deyərək polisə şikayət etdiyini və bu səbəbdən dövlət qurumlarının onu evdən apardığını bildirib.
O deyib:
"Qızım Teslimeni Silifkə avtovağzalında tək buraxdılar. Bəli, uzaqlaşdırma qərarı ala bilərdi, amma ondan yaxşı kim baxardı? Mən onun atasıyam. Uzaqlaşdırma qərarı olduğu üçün yaxınlaşa bilmirdim".
"Ata, bazar ertəsi gələcəyəm" deyib, bir daha zəng etməyib
Teslime ölümündən 15 gün əvvəl atasını axtararaq ev kirayəsini ödəyə bilmədiyini və paltar almağa pulu olmadığını deyib. Atası pul göndərdiyini və qızının telefonda peşman olduğunu dediyini, "Bazar ertəsi gələcəyəm" söylədiyini, lakin bir daha zəng etmədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2235 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib
Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını
18 oktyabrBoşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v
18 oktyabrAvstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir
17 oktyabr"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. "ABŞ-nin 24 bankını
18 oktyabrQazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
18 oktyabrIMF: Münaqişələr fonunda qlobal iqtisadiyyat üçün risklər mövcuddur
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxt
17 oktyabr