"Əlimyandı"da ucuz satdığınız əmlakınızı - Geri ala bilərsiniz
Əlinin (ad şərtidir) pula ehtiyacı olduğu üçün bazar dəyəri 100 min manat olan mənzilini təcili olaraq 95 min manata satışa çıxarır. Alıcılar isə evin təcili satışa çıxarıldığını bildikləri üçün evə 85 min manat, hətta bundan da aşağı qiymət təklif edirlər. Çarəsiz qalan Əli məcbur olub mənzilini 85 min manat təklif edən şəxsə satmalı olur.
Sonxeber.az qafqazinfo.az-a istinadən xəbər verir ki, belə hadisələrlə tez-tez qarşılaşmaq olur.
Təcrübə onu göstərir ki, istər ticarətdə, istərsə də digər sahələrdə ehtiyacların təcili qarşılanması zərurəti tərəflərdən birini əlverişsiz şərtlərlə qarşı-qarşıya qoyur. Söhbət ondan gedir ki, tələbatın təcili olması qarşı tərəf üçün fürsətə, bir çox hallarda sui-istifadəyə çevrilir. Nəticədə tərəflərdən birinin xeyli itkisi digərinə böyük qazanc yaradır.
Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Sözügedən məsələdə haqlı olan kimdir?
Əvvəlcə ondan başlayaq ki, Mülki Məcəllənin 4-ü bölməsi əqdlər barədədir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdin bir növüdür.
Mülki Məcəllənin 339.1-ci maddəsinə görə, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
Həmçinin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında bildirilib ki, qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanı verir. Bu halda əqd məhz zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Əqd etibarsız olduqda (müəyyən istisnalar xaric) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.
Beləliklə, Əli də mənzili ilə bağlı özü üçün əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu müqaviləni qarşı tərəfi məlumatlandırmaqla mübahisələndirə bilər. Qarşı tərəf bununla razılaşmadığı halda isə Əlinin məhkəmədə iddia qaldırması mübahisəni həll etmək imkanı verir. Müqavilə etibarsız olduqdan sonra Əli pulu qaytarıb mənzilini geri ala biləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 822 Tarix: 13 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabr269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)
Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini
21 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrAzərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrSəhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabr