Türkiyənin ən bədbəxt şəhəri açıqlanıb

Türkiyənin ən bədbəxt şəhəri açıqlanıbTürkiyə Statistika Qurumu (TÜİK) tərəfindən aparılan "Yaşam Memnuniyyəti Araşdırması"nın nəticələrinə əsasən, əhalisi 818 min 23 nəfər olan Trabzon, 11,19 faiz göstərici ilə "Türkiyənin ən bədbəxt şəhəri" seçilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, araşdırma barədə danışan bəzi bölgə sakinləri, şəhərdəki ümumi narazılığın səbəbini Trabzonspor klubunun uğursuz nəticələri ilə əlaqələndiriblər.

Siyahıda Qara dəniz bölgəsindən Samsun, Ordu və Gümüşhane də "ən bədbəxt şəhərlər" sırasında ön yerlərdə qərarlaşıb. Türkiyənin ən böyük üç şəhəri — İstanbul, Ankara və İzmir də siyahıda yer alıb. Trabzonu "ən bədbəxt" siyahısında Antalya, İzmir və Ankara izləyib. 15 milyon 907 min 951 nəfərin yaşadığı İstanbul isə 9,12 faiz göstərici ilə 6-cı sırada qərarlaşıb. Araşdırma, böyük şəhərlərlə yanaşı, orta və kiçik ölçülü şəhərlərdə də bədbəxtlik səviyyəsinin yüksək olduğunu ortaya qoyub.

Qeyd edək ki, əvvəlki araşdırmalarda Qara dəniz bölgəsindən Sinop 77,7 faiz göstərici ilə "Türkiyənin ən xoşbəxt şəhəri" elan olunmuşdu.

Trabzon sakini Ömər Güney bu nəticələrə etiraz edərək bildirib:

"Trabzonda bədbəxt olmaq mümkün deyil. Yaylası, kəndi, çayı, meşəsi var. İnsanlar mehriban, qonaqpərvərdir. Ac qalsan, qapı döysən, sənə yemək verərlər. Mən bu nəticələrə inanmıram. Heç nə edə bilməsəniz belə, səhər kuymak (məşhur yerli yemək) yeyin, xoşbəxt olarsınız."

Şəhər sakini Mələk Sevencan isə deyib:

"Biz bədbəxt deyilik. Bəzən olur ki, kədərlənirik, amma Trabzonun ‘ən bədbəxt şəhər’ seçildiyini eşidəndə təəccübləndim. Ümumiyyətlə şən və zarafatcıl insanlarıq, xoşbəxtik. Bu nəticənin haradan çıxdığını anlamıram."


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5700   Tarix: 13 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü

20 sentyabr
.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr