"TikTok"da hərbi formada video paylaşanlar CƏRİMƏLƏNƏ BİLƏR

"TikTok"da hərbi formada video paylaşanlar CƏRİMƏLƏNƏ BİLƏRBu ilin aprel ayında qüvvəyə minmiş qanuna əsasən, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan şəxslərə hərbi geyim formasını daşımaq hüququ yalnız məhdud hallarda verilir. Qanuna görə, bu geyim yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, eləcə də Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə geyinilə bilər.

Lakin son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" və "Instagram" kimi platformalarda hərbi formanı qeyri-qanuni və düzgün olmayan şəkildə geyinən şəxslərə tez-tez rast gəlinir. Bəzi hallarda bu şəxslər formadan saqqalla, papaqsız, idman və ya uyğun olmayan ayaqqabılarla istifadə edir, formanın detallarını dəyişdirir və ya şəxsi üslublarına uyğunlaşdırırlar.

Bu cür yanaşma həm qanunun pozulmasıdır, həm də hərbi geyimin daşıdığı nüfuz və simvolik dəyəri zəiflədir. Ekspertlər bildirirlər ki, bu hallar qanun pozuntusu hesab oluna bilər və həmin şəxslərə qarşı inzibati tədbirlər görülməsi istisna deyil. Belə ki, müvafiq qurumların bu kimi halların qarşısını almaq üçün monitorinqlər apardığı, qaydaları pozan şəxslərə xəbərdarlıq, cərimə və digər tədbirlər tətbiq edə biləcəyi bildirilir.

Sonxeber.az xəbər verir ki, Modern.az-a açıqlamasında "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə də deyir ki, xüsusi günlərlə yanaşı adi günlərdə də bu formaları geyinənlərə rast gəlmək mümkündür:

"Hərçənd bununla bağlı qanunla cərimələr nəzərdə tutulur, əksər hallarda isə humanist yanaşma sərgilənərək xəbərdarlıqla kifayətlənilir. Əslində isə hərbi forma şəhid olmuş igidlərimizin, hazırda xidmətdə olan zabit, gizir və əsgərlərimizin simvoludur. Bu baxımdan hərbi formaya hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur".

O həmçinin qeyd edib ki, xüsusilə Zəfər Günü və oxşar tədbirlərdə hərbi formada iştirak edən qazilərimiz bu geyimin verdiyi rəmzi dəyəri qoruyurlar:

"Lakin forma geyinmək məsələsində daha sistemli yanaşmaya ehtiyac var. Məsələn, qardaş Türkiyədə qazilər üçün vahid geyim və xüsusi nişan mövcuddur. Bizdə də bu cür vahid qazi geyimi və ya tanınma nişanı təsis olunsa, həm formaya olan hörmət artar, həm də sui-istifadə hallarının qarşısı alınar.

Qeyd etmək vacibdir ki, "Müharibə iştirakçısı" medalı çox gözəl bir simvoldur. Lakin bu medal yalnız "44 günlük Vətən müharibəsi"ndə iştirak edən hərbiçilərə verilib. Aprel döyüşləri və Birinci Qarabağ müharibəsində iştirak edən igidlərimizə isə verilməyib. Halbuki, bu cür nişanlar onların cəmiyyətdə tanınması və hörmətlə qarşılanması üçün vacibdir. Əlbəttə bu medal onlara da verilərsə, qaziliyimizin simvolu və tanıdılması baxımından da çox yaxşı olar. Geyimə ehtiyac duymadan, sadəcə bu medal və ya nişan vasitəsilə onların qazi olduqları müəyyən edilə bilər".

B.Məmmədzadə onu da əlavə edib ki, məsələnin digər tərəfi isə sui-istifadə hallarının qarşısının alınmasıdır.

"Təəssüflə bildiririk ki, zaman-zaman qazi olmadığı halda hərbi geyimdə ictimai yerlərdə görünən, xüsusi təyinatlı qüvvələrin formasını geyinərək özünü həmin qüvvələrin üzvü kimi təqdim edən şəxslərlə rastlaşırıq. Onlar cəmiyyətin qazilərə və şəhid ailələrinə olan ehtiramından istifadə edirlər. Belə hallarda isə biz onları saxlayırıq və xəbərdarlıq edirik".

O həmçinin diqqətə çatdırıb ki, qanunvericilikdə hərbi formanı qanunsuz geyinməyə görə cərimələr nəzərdə tutulsa da, təcrübədə əksər hallarda humanist mövqe nümayiş etdirilir. Onun fikrincə, bu istiqamətdə daha çox maarifləndirmə və ictimai çağırışlara ehtiyac var:

"Eyni zamanda, bəzi dövlət qurumlarının və QHT-lərin keçirdiyi tədbirlərdə qazilərdən xüsusi olaraq forma geyinmələri xahiş olunur. Lakin nəzərə almaq lazımdır ki, hər kəsin forması olmaya, ya da bəzi hərbiçilərimiz maddi imkanları çatmadığı üçün geyimini yeniləməyə bilər. Düşünürəm ki, bununla bağlı maarifləndirmə məqsədli çağırışlar edilsə daha məqsədəuyğundur. Məhz bu səbəbdən də dövlət tərəfindən vahid qazi geyimi və ya simvolik nişan təsis olunması çox müsbət addım olardı".

Bəhruz Məmmədzadə vurğulayıb ki, qazilik anlayışı yalnız əlillik və ya yaralanma ilə məhdudlaşmamalıdır:

"Müharibə iştirakçıları - vuruşan, həyatını riskə atan, lakin xəsarət almayan şəxslər də bu rəmzə layiqdir. Bu baxımdan, aidiyyəti qurumlar belə nişanların verilməsi işində müvafiq addımlar atsalar daha gözəl olardı".

Nəticə etibarilə xatırlatmaq vacibdir ki, hərbi forma hər kəsin istədiyi zaman geyinə biləcəyi bir geyim deyil:

"Bu forma bir simvoldur - şəhidlərin qanı, qazilərin fədakarlığı, ordumuzun şücayəti ilə yoğrulmuş bir rəmzdir. Hər kəs bu geyimi yalnız ona aid olduğu hallarda və qaydalara uyğun şəkildə geyinməlidir. Ən önəmlisi isə, hər bir qazi və hərbi qulluqçu öz xidmət etdiyi sahənin formasını geyinsə daha yaxşı olar. Bu həm formaya, həm də Vətənə olan hörmətin təzahürüdür",- deyə o bildirib.

Qeyd edək ki, hərbi forma ilə bağlı qanunu pozanlara qarşı cərimələr də nəzərdə tutulub. Belə ki, xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə tətbiq oluna bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1011   Tarix: 13 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

269 saylı uşaq bağçası baxımsız vəziyyətdədir (VİDEO)

Nə pilləkanı var, nə qapısı, nə də hasarı. Rənglənmiş və yüngülvari dekor edilmiş divarlarından bağçaya bənzətmək olur. Görüntülər Suraxanı rayonundakı 269 saylı körpələr evi uşaq bağçasındandır. Yolu bu ünvandan keçəndə, övladı bu tərbiyə müəssisəinə gələn də, elə ərazidə yaşayanlar da bağçanın həyətini

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr