Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkDövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi və Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi layihələrinin ekoloji qiymətləndirilməsi həyata keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, bu gün ictimai dinləmədə Bakı şəhəri və ətraf ərazilərdə, həmçinin Ələt Azad İqtisadi Zonasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir: "Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühit normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, ağacların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar yeri mərkəzi aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın", - deyə M.Qənbərov bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aparıcı mühəndisi Mehman Həsənov bildirib ki, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası layihəsinin əsas məqsədi Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə mövcud sıxlığı aradan qaldırmaq, yol infrastrukturunu təkmilləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır. Layihənin icrası zamanı ətraf mühitin qorunması üzrə bütün komponentlərə töhfəmiz olacaq.

Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur: "Çayın məcrası 14 km uzunluqda dəyişdiriləcək. Çay bolsulu olmasa da, yayda qurusa da, iqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub".

Tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin də əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi rol oynayır. Yeni qovşağın tikintisi ilə turizm, kənd təsərrüfatı və ümumilikdə ticarət canlanacaq, çünki liman və sərhəd bölgələrə çıxış daha əlçatan olacaq. Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını yüksəldəcək.
Layihələrin ətraf mühitə təsirləri qiymətləndiriləcək, o cümlədən layihə altına düşən yaşıllıqların bir hissəsi köçürüləcək, köçürülməsi mümkün olmayanların isə bərpa dəyəri ödəniləcək.
Müzakirələr eskpertlərin təklifləri və jurnalistlərin sualları ilə davam etdirilib.
Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcəkƏlətdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 883   Tarix: 13 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN

Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla

8 may
.

"Pullarınızın oğurlanmasını istəmirsizsə, mürəkkəb şifrələrdən istifadə edin" - HÜQUQŞÜNAS

Son illərdə texnologiyanın sürətli inkişafı ilə yanaşı kibercinayətlərin sayı da ciddi şəkildə artıb. Sosial şəbəkələrin, internet bankçılığının və onlayn alış-veriş platformalarının geniş yayılması vətəndaşların şəxsi məlumatlarının oğurlanması, dələduzluq və kibertəhdidlərlə üz-üzə qalmasına səbə

8 may
.

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy

8 may
.

Şabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO

Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib. Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:. "Fermada işləyirəm

7 may
.

Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi

"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub. -a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyy

8 may
.

Şahlar Vəliyev vəzifəsindən azad olundu (FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb. Məlumata görə, "1

8 may
.

Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. B

7 may
.

"Məktəb bufetlərində qida təhlükəsizliyi üçün vahid və sərt nəzarət sistemi vacibdir" - Təhsil eksperti

Məktəblərdə şagirdlərin qidalanması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son vaxtlar bəzi təhsil müəssisələrində bufet məhsullarından zəhərlənmə halları ilə bağlı yayılan məlumatlar valideynlərin narahatlığını artırıb. Bu problem məktəb bufetlərində qida təhlükəsizliyi və nəzarət məsələlərini

7 may
.

Almaniya azərbaycanlı ailə ilə bağlı qərar verdi: Uşaqlar qaytarıldı (FOTO)

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib. O, təxminən 1 ildir davam edən məhkəmə prosesind

8 may