Sevgilisindən qaçmaq üçün körpüdən özünü atmaq istədi – Polis müdaxilə etdi

Sevgilisindən qaçmaq üçün körpüdən özünü atmaq istədi – Polis müdaxilə etdiAksarayın mərkəz rayonuna bağlı Çerdiğin məhəlləsində gənc qadın ilə sevgilisi arasında baş verən mübahisə gərgin anlara və polisin müdaxiləsinə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Betül K. və sevgilisi Enes S. yol kənarında park etdikləri avtomobilin içində mübahisə etməyə başlayıblar. Söz davası böyüyəndə Betül K. avtomobildən düşərək hadisə yerindən uzaqlaşmaq istəyib. Alkollu olan Enes S. isə sevgilisinin getməsinə mane olmağa çalışıb. Qaçaraq Küçük Bölcek körpüsünə çatan Betül K., burada sevgilisi tərəfindən tutulub.

Qurtula bilməyəcəyini anlayan gənc qadın əsəblərinə hakim ola bilməyərək ayağını körpünün dəmir məhəccərinə qoyub atılmaq istəyib. Sevgilisindən uzaqlaşmaq üçün körpüdən qarşı tərəfə keçməyə çalışan Betül K.-ya Enes S. yenidən mane olmağa cəhd edib.

Qışqırıq səslərini eşidən məhəllə sakinləri vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə bildiriblər. Hadisə yerində olan alkollu bir başqa şəxs – Engin adlı vətəndaş gənc qadına kömək etmək istəsə də, Betül K. bu dəfə köməyə ehtiyacı olmadığını, Enes-in onun həyat yoldaşı olduğunu deyib. Buna baxmayaraq, Engin qadını tək buraxmaq istəməyib.

Qısa müddət sonra hadisə yerinə polis və məhəllə nəzarətçiləri gəlib. Enes S. ilə Engin arasında qarşıdurma yaşanıb, lakin polis və nəzarətçilər müdaxilə edərək davanı dayandırıblar.

Davanın ardından Enes S. yenidən sevgilisinin yanına gedib. Betül K. onu avtomobilə mindirməyə çalışsa da, Enes S. minməkdən imtina edib. Bundan sonra qadın sevgilisinə əl qaldıraraq təhqir edib və zorla avtomobilə oturdub. Polis isə hər iki şəxsin kimliyini yoxlayıb.

Betül K.-nın şikayətçi olmaması səbəbilə Enes S. sərbəst buraxılıb. Sevgilisi ilə getmək istəməyən Betül K. isə ailəsinə təhvil verilmək üçün polis tərəfindən qoruma altına alınıb. Polis maşınına mindirilən gənc qadına "Aşkım" deyə yaxınlaşan Enes S., polis tərəfindən oradan uzaqlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1143   Tarix: 15 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021