Avtobus zolağına axşam 10-dan sonra girsə də, cərimələndi - Video
Paytaxt sakini Ramin Muxtarov avtobus zolağına saat 22:00-dan sonra daxil olduğu halda cərimələnib.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə "Xəzər Xəbər"ə danışan sürücü bildirib ki, Bayraq Meydanından Azneft dairəsinə doğru hərəkət edərkən avtobus zolağına daxil olub. Buna səbəb isə yolun əvvəlində qoyulan və səhər saat 07:00-dan axşam 22:00-a qədər məhdudiyyət olduğunu göstərən nişan olub.
Onun sözlərinə görə, saat 22:00-dan sonra bu zolağa girməyin icazəli olduğunu düşündüyündən yoluna davam edib. O qeyd edib ki, Azneft dairəsində yenidən avtobus zolağına daxil olan zaman isə yol polisi əməkdaşı onu saxlayaraq protokol tərtib edib: "Saat 22:25-də avtobus zolağına daxil olmuşam. Azneft dairəsindən Kukla Teatrına qədər olan hissədə yol polisi əməkdaşı maşını saxlayıb və 100 manat, 2 bal cərimə yazıb. Bildirildi ki, burada zolaqda 24 saat digər maşınların hərəkəti qadağandır. Apardığım müşahidələrdə aşkar oldu ki, burda heç bir kamera, qadağa yoxdur. Sadəcə olaraq nişanın altında vaxt tətbiq olunmadan və yalnız polis əməkdaşları orada dayandığı zaman cərimə olunursunuz".
O, həmçinin qeyd edib ki, cərimə kamera vasitəsilə deyil, birbaşa yol polisi əməkdaşı tərəfindən saxlanılaraq təqdim edilib. Sürücü eyni istiqamətdə olan dənizkənarı küçədə məhdudiyyətin saatla göstərildiyi halda, niyə Azneft dairəsində bu qaydanın əksini tapmadığı sualını edir.
"Bayraq Meydanından Azneft dairəsi elə bir yerdir ki, orada günün istənilən saatlarında tıxac yaşanır. Yəni burada 24 saat avtobus zolağını qoyub böyük bir tıxaca səbəb olmaq nə dərəcədə düzgündür? Şəhərin bir neçə yerində belə hallar var", - R.Muxtarov bildirib.
Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, vətəndaş şikayətlə bağlı idarəyə müraciət edə bilər. Onun müraciətinə baxılacaq və hüquqi müstəvidə qiymət veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 733 Tarix: 18 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabr