İçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolar

İçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolar"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, sakinlər və qonaqlar əsas marşrutlar üzrə etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.

Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.

Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.

Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.

Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək.
İçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolarİçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolarİçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolarİçərişəhəri avtobusla gəzə bilərsiniz - Gedişhaqqı 1 manat - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 834   Tarix: 19 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"

"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr