Süni intellekt indi də antibiotik düzəldir

Süni intellekt indi də antibiotik düzəldirMassaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar 36 milyondan çox potensial birləşmə generasiya edib və test ediblər. Ən perspektivli birləşmələr mövcud preparatlardan struktur baxımından fərqlənirlər və görünür ki, bakteriyaların hüceyrə membranlarını dağıdan yeni təsir mexanizmləri ilə işləyirlər. Bu yanaşma səhiyyənin ən ciddi qlobal problemlərindən biri - antibiotikə qarşı müqavimətlə mübarizəyə kömək edə bilər. Təxminlərə görə, dərmanlara davamlı infeksiyalar hər il dünyada 5 milyon insanın ölümünə səbəb olur. Son onilliklər ərzində ənənəvi antibiotik hazırlama metodları əsasən mövcud preparatların modifikasiyasını təklif edib və bu, köklü yeni təsir mexanizmlərinin yaranmasına gətirib çıxarmayıb.

Massaçusets Texnologiya İnstitutunun "Süni intellekt antibiotikləri" layihəsi çərçivəsində tədqiqatçılar artıq mövcud kimyəvi birləşmələrin böyük kitabxanalarını süni intellekt vasitəsilə screening etmək üçün istifadə ediblər. Bu, halicin və abaucin daxil olmaqla bir neçə perspektivli namizədin müəyyənləşdirilməsinə imkan verib. İndi isə onlar təbiətdə mövcud olmayan fərziyyəvi molekullar yaratmağa qərar veriblər. Bunun üçün iki yanaşmadan istifadə olunub: birinci yanaşmada süni intellekt alqoritmlərinə antimikrob aktivliyə malik müəyyən kimyəvi fraqment əsasında molekullar hazırlamaq tapşırılıb, ikinci yanaşmada isə süni intellekt istənilən fraqmenti daxil etməyə ehtiyac olmadan sərbəst şəkildə molekullar generasiya edib. Tədqiqatçılar süni intellektlə təlimləndirilmiş machine learning modelləri vasitəsilə 45 milyon kimyəvi fraqmenti analiz ediblər ki, N. gonorrhoeae bakteriyasına - yəni qonoreyaya səbəb olan mikroorqanizmə qarşı təsir göstərə bilən birləşmələri tapsınlar.

Toksik və artıq məlum antibiotiklərə bənzər birləşmələr istisna edildikdən sonra təxminən 1 milyon namizəd qalıb. Onların arasında perspektivli F1 fraqmenti seçilib. İki süni intellekt alqoritmi vasitəsilə alimlər F1-dən 7 milyon törəmə molekul yaradıblar, ən aktiv 1000 birləşməni seçiblər və onlardan ikisini sintetik şəkildə hazırlayıblar. Bu birləşmələrdən biri - NG1 - həm laboratoriya şəraitində, həm də siçanlar üzərində aparılmış sınaqlarda davamlı bakteriya ştammlarına qarşı yüksək effektivlik göstərib. Sonrakı tədqiqatlar NG1 birləşməsinin daha əvvəl öyrənilməmiş bir hədəfə - bakterial membranların formalaşması üçün vacib olan LptA adlı zülala təsir etdiyini ortaya qoyub. Araşdırmaların ikinci mərhələsində süni intellekt alqoritmləri sərbəst şəkildə molekullar layihələndirərək əsasən qram-müsbət bakteriyalara, xüsusilə də Staphylococcus aureus bakteriyasına qarşı birləşmələr yaratmışdır. Alqoritmlər 29 milyondan çox birləşmə generasiya edib və onlar N. gonorrhoeae üçün istifadə olunan eyni meyarlarla filtrdən keçirilib.

Nəticədə namizədlərin sayı 90-a qədər azaldılıb, onlardan 22 molekul sintetik şəkildə hazırlanaraq test edilib. Bu molekullardan 6-sı çoxrezistent qızılı stafilokoka qarşı güclü antibakterial aktivlik göstərib. Ən perspektivli namizəd olan DN1, siçanlarda metisillinə davamlı Staphylococcus aureus tərəfindən yaranmış dəri infeksiyasını müalicə etməyi bacarıb. DN1, bakteriyaların hüceyrə membranları ilə qarşılıqlı təsirə girərək fəaliyyət göstərib, lakin NG1-ə nisbətən daha geniş təsir spektrinə malik olub. Layihədə iştirak etmiş qeyri-kommersiya təşkilatı Phare Bio, NG1 və DN1 birləşmələrinin mümkün tibbi tətbiqinə hazırlanması məqsədilə onların daha da modifikasiyası və preklinik sınaqlara yönəlik işlər aparır. İstifadə olunan metodlar süni intellektin digər təhlükəli bakteriyalara qarşı preparatların hazırlanmasında potensialını araşdırmağa imkan verəcək. Bu bakteriyalar arasında vərəmə səbəb olan Mycobacterium tuberculosis və xəstəxana şəraitində ağır infeksiyalar, o cümlədən pnevmoniya və sepsislə nəticələnən Pseudomonas aeruginosa (mavi-yaşıl irin çöpləri) da yer alır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 654   Tarix: 19 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021