Leonardo Di Kapriodan şəxsi həyat və yaşı barədə ETİRAFLAR
Leonardo Di Kaprio 50 yaşında ilk dəfə yaşa və həyata münasibətini bölüşüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyor bu barədə bir müsahibəsində danışıb.
Leonardo Di Kaprio yaş haqqında nə düşünür?
"Titanik"in ulduzu rejissor Pol Tomas Andersonla söhbət zamanı emosional baxımdan özünü 32 yaşında kimi hiss etdiyini etiraf edib.
Həmkarı ondan 50 yaşın onu həyata dair düşünməyə vadar edib-etmədiyini soruşanda, Di Kaprio bir neçə mühüm prioritetini qeyd edib.
"Bu, səndə daha dürüst olmaq və vaxtını boş yerə xərcləməmək istəyi yaradır. Qarşıdakı bir neçə onilliyin necə inkişaf edəcəyini yalnız təsəvvür edə bilirəm", — deyə o bildirib.
Aktyor bu mövzuda onun üçün ən böyük ilham mənbəyinin anası İrmelin olduğunu söyləyib:
"Anama baxıram: o, sadəcə düşündüyünü deyir və vaxtını boş yerə sərf etmir. Rol oynamağa da vaxt sərf etmir," — deyə qeyd edib.
Leonardoya görə, yaş artdıqca insan özünə və dünyaya qarşı daha səmimi olmalıdır. O, indi istənilən münasibətdə — şəxsi və ya peşəkar — risk etməyə, anlaşılmazlıqlara və hətta ayrılıqlara hazırdır.
"Bu o deməkdir ki, artıq vaxtınızı xərcləmək istəmirsiniz. Sadəcə daha açıq olmalısınız. Bu, demək olar ki, bir borcdur, çünki arxada qalan ömrünüz qarşıdakıdan çoxdur," — deyə o etiraf edib.
Leonardo Di Kaprionun şəxsi həyatı barədə nələr bilirik?
Xatırladaq ki, aktyor qapalı həyat tərzi sürür. Şəxsi həyatı barədə demək olar ki, danışmır. O, uzun illərdən sonra ilk dəfədir ki, bu qədər açıq danışıb.
Hazırda model Vittoriya Çeretti ilə münasibətdədir. Cütlük 2023-cü ildən birlikdədir.
Bundan əvvəl onun romantik həyatı Kamila Morrone, Nina Aqdal, Toni Qarrn və başqaları ilə münasibətləri əhatə edib. Həmçinin Cici Hadidlə əlaqələrinə dair söz-söhbətlər dolaşırdı.
Aktyorun münasibətləri tərəfdaşları ilə arasındakı böyük yaş fərqi səbəbindən dəfələrlə tənqid və zarafat mövzusuna çevrilib — o, yalnız 18–25 yaşlılarla görüşür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1053 Tarix: 19 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabr