Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavab

Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavabVətən müharibəsi iştirakçısı sosial vəziyyəti ilə bağlı çətinlik çəkdiyini deyir. 3-cü qrup əlil olan Şərur rayonu, Danyeri kənd sakini Bəhruz İbrahimov müavinət və prezident təqaüdü ilə təmin edildiyini bildirir. Lakin səhhəti işləməyinə icazə vermədiyi üçün əlavə qazanc yeri tapa bilmir.

"Qafqazinfo"ya müraciət edən B.İbrahimovun sözlərinə görə, iki azyaşlı övladı var və ailənin yeganə təminatçısıdır: "Hazırda işsizəm, 11 500 AZN kredit borcum qalıb. Banklara və sosial dəstək fondlarına dəfələrlə müraciət etməyimə baxmayaraq, "pul yoxdur" cavabı alıram".

37 yaşlı qazinin sözlərinə görə, 2015-ci ildən Naxçıvanda gizir kimi xidmət edib: "Günnüt əməliyyatı, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin Antiterror əməliyyatlarında iştirak etmişəm. İndi 942 manat əlilliklə bağlı müavinət, 400 manat isə prezident təqaüdü alıram. Lakin bu, heç nəyə bəs etmir. İki uşağım hazırlıqlara getməlidir, yeni tədris ili başlayır və bütün xərcləri çoxalır. Ailədə işləyənimiz yoxdur. Atam 2-ci qrup əlildir, anam da xəstədir. Üstəlik, bu kredit də hər ay ödənməlidir. Daha öncə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşam və mənə 1000 manatlıq yardım ediblər ki, 3 aylıq kreditimi ödəyim. Bildirmişdilər ki, krediti bağlamağa da köməklik edəcəklər. Artıq 3 ay keçib. Mənim də imkanım yoxdur. Oradan da deyirlər ki, fondda pul yoxdur. Çarəsiz qalmışam".
Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavabMəsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bunu bildirdilər: "Vətən müharibəsi iştirakçısı Şərur rayonu, Danyeri kənd sakini İbrahimov Bəhruz Əli oğlu dövlət tərəfindən müvafiq dəstək tədbiri ilə əhatə olunub.

Belə ki, ona 2025-ci ildə orqanizmin funksiyalarının 35% pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar iki il müddətinə (30 iyun 2027-ci il tarixinədək) əlillik təyin edilib. Hazırda B.İbrahimova aylıq əsasda ümumilikdə 1342,75 manat (942,75 manat pensiya, 400 manat Prezident təqaüdü) sosial ödəniş həyata keçirilir.

Ona müharibə zamanı aldığı ağır xəsarətə və əlilliyə görə ümumilikdə 4400 manat manat məbləğində sığorta ödənişi edilib. Bundan başqa ona Naxçıvan MR-in "Dəstək" fondu tərəfindən 21 iyul 2025-ci ildə 1000 manat məbləğində maddi yardım edilib".

Qeyd edilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinə daxil olmuş Şərur rayonu, Danyeri kənd sakini İbrahimov Bəhruz Əli oğlunun 07 iyun 2025-ci il tarixli işlə bağlı müraciətinə aidiyyəti üzrə baxılıb: "Müraciətin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Agentliyin Şərur Rayon Sektorunun əməkdaşı tərəfindən B.İbrahimovla əlaqə saxlanılıb, vətəndaş işlə bağlı tələbinin olmadığını bildirərək sektora gəlməkdən imtina edib.

12 iyun 2025-ci il tarixində özünüməşğulluq proqramının "Broyler inkubatoru" zərfi üzrə müvafiq sistem üzərindən qeydiyyata alınıb. Vətəndaşın özünüməşğulluq proqramına cəlb olunmasına qanunamüvafiq baxılacaq".

Qeyd edək ki, qazi Bəhruz İbrahimov "Füzulinin azad olunması", "Cəbrayılın azad olunması", "Qüsursuz xidmətə görə" III dərəcəli və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Özü və atası əlil olan qazinin müraciətinə - Rəsmi cavab


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 891   Tarix: 20 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr