Şəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdır

Şəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdırAvqustun 20-də saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır:

"Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

09:35

Şəmkirdə kütləvi zəhərlənmənin səbəbi bəlli olub.

Sonxeber.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadla xəbər verir ki, ötən gecədən xəstəxanaya yerləşdirilən 20 nəfər dönərdən zəhərlənib.

"Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar agentliyin "1003" Çağrı Mərkəzinə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Bəxtiyar Abbas oğlu Əhmədova məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq", - məlumatda deyilir.

Bildirilir ki, iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.
Şəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdırŞəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdırŞəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdırŞəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdır02:00

"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.

01:24

Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, zərərçəkənlər bunlardır:

- 1991-ci il təvəllüdlü V.Hüseynov,

- 2019-cu il təvəllüdlü D.Bayramlı,

- 2014-cü il təvəllüdlü X.Abbasova,

- 1987-ci il təvəllüdlü G.Babayeva,

- 2020-ci il təvəllüdlü Ö.Abbasov,

- 2011-ci il təvəllüdlü Ş.Babayeva,

- 2013-cü il təvəllüdlü Q.Babayev,

- 2016-ci il təvəllüdlü H.İsmayılov,

- 2022-ci il təvəllüdlü A.Hüseynova,

- 2005-ci il təvəllüdlü N.Nağıyeva,

- 2002-ci il təvəllüdlü A.Muradov,

- 2019-cu il təvəllüdlü S.İsmayılov,

- 1978-ci il təvəllüdlü E.Muradova,

- 2020-ci il təvəllüdlü A.Qurbanova,

- 1986-ci il təvəllüdlü G.İsmayılova,

- 1998-ci il təvəllüdlü A.Vəlizadə,

- 1996-ci il təvəllüdlü T.Süleymanova,

-1975-ci il təvəllüdlü R.Əhmədova,

- 1986-ci il təvəllüdlü G.Bayramlı,

- 1996-ci il təvəllüdlü N.Süleymanlı.

Məlumata görə, zəhərlənənlərin vəziyyəti hazırda qənaətbəxşdir.

00:48

Tovuzda dönərdən zəhərlənən şəxslərin adları açıqlanıb.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N.Tağıyev, 2024-cü il təvəllüdlü K.Tağıyev, 2021-ci il təvəllüdlü R.Tağıyev, 2010-cu il təvəllüdlü E.Tağıyev və ailənin daha bir üzvüdür.

Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.

00:00

Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

Oxu.Az xəbər verir ki, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

20 avqust, 23:48

Tovuzda dönərdən zəhərlənən beş nəfərdən üçü azyaşlıdır.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayonunun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.

Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

20 avqust, 23:24

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, bir ailədən beş nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin yaxınlarının sözlərinə görə, onlar dönər yedikdən sonra vəziyyətlərinin dəyişdiyini müşahidə ediblər.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 844   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr
.

Sosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ

Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Lənkəranda döyülən 16 yaşlı oğlan öldü

Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo

21 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr