Qəzada əzilən 15 milyonluq Ferrari məşhur futbolçuya satıldı

Qəzada əzilən 15 milyonluq Ferrari məşhur futbolçuya satıldıTürkiyənin günlərlə gündəmdə qalan Ferrari qəzası ilə bağlı yeni məlumat yayılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Böyükçəkmece rayonunda baş verib. Təmir üçün servisdə saxlanılan Ferrari, usta Hakan Yılmaz tərəfindən test sürüşünə çıxarıldığı zaman qəzaya uğrayaraq ağır zədələnib.

Lüks avtomobillərin təmiri ilə məşğul olan Yılmaz, sosial şəbəkədə paylaşım edərək avtomobilin artıq satıldığını bildirib. Onun sözlərinə görə, avtomobili futbolçu Sercan Türk alıb.

Məlumata görə, hazırda 34 yaşı olan Sercan Türkün avtomobillərə böyük marağı var. O, daha əvvəl də zədələnmiş maşınları alaraq təmir etdirib. Ferrari-ni də öz hesabına bərpa etdirməyi planlaşdırır.

Hakan Yılmaz satış qiymətini açıqlamaq istəməsə də, avtomobilin normal bazar dəyərinin təxminən 15 milyon lirə olduğu bilinir. Qəzadan sonra maşının dəyərinin 50 faizdən çox itirdiyi, bu səbəbdən aşağı qiymətə satıldığı qeyd olunub.

Yılmaz açıqlamasında əlavə edib ki, avtomobilin sahibi ilə bütün hesabları bağlayacaq, heç bir zərərçəkən olmayacaq və lüks avtomobil servisi fəaliyyətini davam etdirəcək.

O həmçinin vurğulayıb ki, Ferrari daha əvvəl də qəzaya düşüb, şassi və podvoy hissələrində zədələr olub. Bu səbəbdən son qəza zamanı avtomobil daha ağır zərər alıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1025   Tarix: 21 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021