Küçə itlərindən qaçan qadın avtomobilin vurması nəticəsində öldü
Türkiyədə, İzmirin Menderes rayonunda küçə itlərinin hücumundan qaçmaq istəyən Fidan Deveci (55) avtomobilin vurması nəticəsində həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə avqustun 17-də Oğlananası məhəlləsində baş verib. Fidan Deveci, mindiyi mikroavtobusdan düşüb dəvət olunduğu toya doğru gedərkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərdən qaçarkən Devecini S.K. (38) idarə etdiyi 48 GT 939 nömrə nişanlı avtomobil vurub.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsindən sonra Deveci yaxınlıqdakı özəl xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Devecinin cəsədi yaxınları tərəfindən təhvil alınıb və dəfn olunub. Qəza ilə bağlı avtomobil sürücüsü S.K. jandarma tərəfindən saxlanılıb. O, ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə məcburi nəzarət şərti ilə sərbəst buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 575 Tarix: 21 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dilənçilik edən qadının üzərindən kilo-kilo qızıl və pul çıxdı
Türkiyənin Sakarya şəhərinin Serdivan rayonunda ticarət mərkəzinin ətrafında dilənçilik etdiyi müəyyən edilən bir qadın bələdiyyə zabitləri tərəfindən saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, Sakarya Böyükşəhər Bələdiyyəsinin Zabıta əməkdaşları Serdivan rayonunda apardıqları nəzarət tədbirlər
16 dekabrSevgilisinin keçmiş sevgilisini bıçaqlayraq öldürdü
Adananın Seyhan rayonunda baş verən qanlı hadisədə, keçmiş sevgilisini narahat etdiyi iddia edilən 19 yaşlı Murat İnanmaz gənc qadının yeni sevgilisi ilə yaranan dava zamanı bıçaqlanaraq həyatını itirib. Hadisə ilə əlaqədar 3 nəfər həbs olunub. türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonun
16 dekabrBoşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO
İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu
17 dekabrSəhər gəzintisinə çıxan qadın 31 şagirdin həyatını xilas edib
Bursanın Nilüfer rayonunda səhər saatlarında gəzintiyə çıxan yaşlı bir qadının "sürüşmə var" deyə xəbər verdiyi istinad divarı və ona bitişik gəzinti yolu 9 saat sonra məhəllədə yerləşən məscidin və eyni həyətdə fəaliyyət göstərən Quran kursunun üzərinə uçub. türk mediasına istinadən xəbə
19 dekabrBir nəfəri aralarına alıb amansızcasına döydülər - VİDEO
İstanbulun tarixi və izdihamlı ərazilərindən biri olan Sirkecidə şiddət hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, bölgədə ticarətlə məşğul olan bir esnaf naməlum səbəbdən bir qrup şəxsin hücumuna məruz qalıb. Hadisə Sirkecinin ən işlək küçələrindən birində qeydə alınıb. İlkin məlumat
16 dekabrDaha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmət
17 dekabrFerması yanan kişinin sözləri diqqət çəkib
Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu
18 dekabr