Kaprioya niyə "dünyanın ən yaxşı hakimi" deyirdilər? - VİDEO
Bir neçə gün əvvəl ədalətli qərarları ilə bütün dünyada populyarlıq qazanan və sevilən məhkəmə hakimi Frank Kaprio vəfat etdi.
Ölkə.Az xəbər verir ki, 88 yaşında xərçəngə məğlub olan Kaprio ölümündən əvvəl insanlara müraciət etmişdi.
O, sonuncu çıxışında "Məni unutmayın və mənim üçün dua edin" sözlərini söyləmişdi.
Yəqin ki, F.Kaprionun məhkəmə iclaslarından olan görüntüləri izləyənlər onun nə üçün sevildiyini başa düşür. Bir çox insan adını bilməsə də, yaşlı və ədalətli qocanın ölüm xəbərini görəndə "heyif bu hakimdən, kaş ölməyəydi" sözlərini ürəyindən keçirib.
Onun nə üçün sevildiyini bilməyənlər üçün isə sədrlik etdiyi bir neçə məhkəmə işi ilə tanış olmaq kifayətdir.
Məsələn, faciəvi şəkildə övladını yeni itirmiş ataya 400 dollarlıq parkinq cəriməsini necə təsdiqləmək olardı? Kaprio bunu etməmişdi.
Frank deyirdi ki, empatiya ən əsas məhkəmə zalında işləməlidir.
Autizmli oğlu ilə məhkəmə zalına gələn kişiyə "sənin həyatın onsuz da çətindir" deyib onu bağışlayan da o idi, işsizlərin cəriməsini silən də o idi.
Hakim Kaprio sübut etmişdi ki, vicdan ədaləti sərt qanunlardan daha yaxşı bərqərar edə bilər.
Əslində Kaprionun prinsipi sadə idi - anlayış göstərmədən düzgün qərar verə bilməzsən.
Hazırda isə onun təsis etdiyi fond yüzlərlə hüquq tələbəsinin təhsil xərclərini ödəyir ki, gələcəkdə yeni Franklar yetişsin.
Məhz bu əməllərinə görə, Frank "dünyanın ən yaxşı hakimi" adlandırılırdı.
Qeyd edək ki, F.Kaprio 1991-ci ildə məzun olduğu Suffolk Universitetinin Hüquq fakültəsi və 2008-ci ildə "Providens" Kolleci tərəfindən "fəxri hüquq doktoru" adına layiq görülüb. O, həmçinin 2016-cı ildə "Rhode Island University" dən "dövlət xidməti üzrə fəxri doktor dərəcəsi alıb.
Hakimə 2023-cü ildə pankreas xərçəngi diaqnozu qoyulub.
60 il evli olan Kaprionun 5 övladı, 7 nəvəsi var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 643 Tarix: 23 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Adanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabr