Tatarıstanın Rəisi Rusiyada miqrantaların uşaqları ilə bağlı qoyulan qadağanı axmaqlıq adlandırıb
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulunu qadağan edən qanunu tənqid edib.
"Report"un məlumatına görə, İnnopolisdə (Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı şəhər – Qeyd) respublika pedaqoji şuranın iclasında çıxış edən Rüstəm Minnixanov belə bir qərarı axmaqlıq adlandırıb.
"Çalışmalıyıq, sistemli işləməliyik. Uşağın məktəbə getməsinə necə icazə verməmək olar? O harada olmalıdır? Dili bilməməsi onun günahıdır? Onu öyrənəcək. İstənilən uşaq üç-dörd aya dili öyrənəcək. Bu böyük bir şey deyil. Bu sadəcə axmaqlıqdır. Biz onunla ehtiyatlı davranmalıyıq. Uşaqdır, onun günahı yoxdur", - deyə Minnixanov bildirib.
O, həmçinin qeyd edib ki, gələn əcnəbilərin əksəriyyəti "əmək qabiliyyətli, qanuna tabe olan vətəndaşlardır" və onlarla sadəcə olaraq sistemli iş aparılmalıdır.
Qeyd edək ki, Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib. Yeni qaydalar 2025-ci il aprelin 1-dən qüvvəyə minib. Sənədə əsasən, xarici vətəndaşlar Rusiya Federasiyasının ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim olunmaqla təhsil müəssisələrinə qəbul ediləcəklər. Onlar, həmçinin rus dili imtahanından keçməlidirlər.
"Ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsilin tədris proqramlarını mənimsəmək üçün kifayət edən rus dili biliyi üzrə test imtahanından keçməmiş şəxslərin bu təhsil proqramlarının mənimsənilməsinə icazə verilmir", - deyə qanunda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 698 Tarix: 24 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Okeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyul7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü
ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərini
5 iyul"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
5 iyulİldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulAvropada ölüm saçan istilər: Qurbanların sayı artır
İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb. xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığınd
5 iyul