ChatGPT-nin məsləhəti ilə səyahətə çıxdı, rəzil oldu
Neyroşəbəkələr getdikcə gündəlik həyatımıza daxil olur. Xüsusilə də, daha çox insan xaricə səyahət planlaşdırarkən ChatGPT və ya onun analoqları ilə məsləhətləşir. Ancaq burada diqqətli olmaq lazımdır.
Lent.az xəbər verir ki, təcrübəli səyahətçi Vinisius Koşta turistlərə bu barədə xəbərdarlıq edib.
O bildirib ki, ChatGPT-nin Əsas üstünlüyü ondan ibarətdir ki, neyroşəbəkələr çox qısa müddətdə kifayət qədər əsaslı görünən cavab verir. Bu, həm müstəqil şəkildə "Google" vasitəsilə axtarış aparmaqdan, həm də başqasından məsləhət istəməkdən xeyli sürətlidir. Lakin süni intellektin ciddi bir problemi var: o, əslində mövzunu anlamır, sadəcə alqoritm əsasında cavab yaradır.
Məsələn, ChatGPT sizə Parisdə mütləq görməli olan 10 məkanı sadalayacaq. Amma bu siyahıda nəqliyyat əlçatanlığı və obyektlərin iş saatları nəzərə alınmayacaq. Bu isə yalnız kiçik bir nüansdır, əslində isə daha ciddi situasiyalarla üzləşmək mümkündür.
Məqalə müəllifi İspaniyalı bloqer Məri Kaldassın başına gələn hadisəni misal göstərir. O, sevgilisi ilə birlikdə Karib dənizində yerləşən, ABŞ-a məxsus ada Puerto-Rikoya səyahət planlaşdırıb. Səfərdən əvvəl ChatGPT-yə müraciət edərək ora giriş üçün lazım olan sənədləri soruşub.
Çatbot ona inamla bildirib ki, İspaniya vətəndaşlarına Puerto-Rikoya getmək üçün viza lazım deyil. Texniki baxımdan bu, doğrudur: ispanlar ABŞ ərazisinə vizasız daxil ola bilərlər. Amma burada mühüm bir nüans var.
Son illərdə bir çox ölkə elektron səyahət icazəsi (ETA) sistemini tətbiq edir. Məsələn, ABŞ vətəndaşları Böyük Britaniyaya vizasız gedə bilər, amma onlar Britaniyanın ETA sistemində qeydiyyatdan keçməlidirlər. Bu sistem əslində onlayn viza kimidir, sadəcə "viza" adlandırılmır. Əgər istifadəçi məhz "viza" barədə soruşursa, ChatGPT əlavə bu detalı demir, çünki düşünmür, sadəcə alqoritmə əsaslanır.
İspaniyalı influenser isə ən böyük səhvi etdi. Çatbotdan vizaya ehtiyac olub-olmadığını soruşdu və cavabı "yoxdur" olduqda əlavə araşdırma aparmadı. Təəssüf ki, o və sevgilisi ESTA tələbini yalnız hava limanında, təyyarəyə minməyə hazırlaşarkən öyrəndilər.
Neyroşəbəkələr isə düzgün istifadə olunduqda faydalı ola bilər. Məsələn, xanım Kaldass ChatGPT-dən vizaya ehtiyac olub-olmadığını soruşduqdan sonra bununla kifayətlənməməli idi. Ən azı əlavə sual verməli idi: "İspaniya vətəndaşının ABŞ-a məxsus Puerto-Riko adasına qanuni daxil olması üçün hansı sənədlər tələb olunur?".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb