Hər gün şokolad yesək nə olar? - Təzyiqə təsiri
Qara şokoladın faydalı xüsusiyyətləri çoxdan məlumdur. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu məhsulun gündəlik istifadəsi həm müsbət, həm də mənfi təsirlərə malik ola bilər.
Lent.az bu barədə xarici mediada istinadən xəbər verir.
Qara şokolad təzyiqi azalda bilərmi?
Kardioloq, tibb elmləri doktoru Elizabet Klodas və diyetoloq Miçel Rutenşteyn bildirirlər ki, qara şokoladın tərkibindəki flavonoidlər qan damarlarının genişlənməsinə kömək edir. Bu, qan dövranını yaxşılaşdırır və təzyiqi azaldır.
Araşdırmalar göstərib ki, flavonoidlərlə zəngin qidalanma həm sistolik, həm də diastolik qan təzyiqinin bir qədər enməsinə səbəb ola bilər. Məsələn, 2020-ci ildə aparılan kiçik bir tədqiqat 85%-lik qara şokoladın stres zamanı qadınlarda təzyiqin kəskin qalxmasının qarşısını aldığını ortaya qoyub. Daha böyük miqyaslı son araşdırmalar isə qara şokoladın hipertoniya riskini azaltmaqla bağlı səbəb-nəticə əlaqəsini təsdiqləyib.
Risklər və yan təsirlər
həkimlərin sözlərinə görə, hətta keyfiyyətli qara şokolad belə kalori, yağ və şəkər ehtiva edir, buna görə də həddindən artıq yemək təhlükəlidir. Bundan başqa, kofein və teobrominə həssas insanlar üçün ürəkdöyünmə və yuxu pozuntusu riski var. astroezofageal refluksu olan şəxslərdə simptomlar ağırlaşa bilər. Bəzi növlərdə ağır metallar (məsələn, qurğuşun, kadmium) ola bilər. Buna görə də yalnız müstəqil laboratoriya testlərindən keçmiş etibarlı markalar seçilməlidir.
Necə düzgün istifadə etmək olar?
Mütəxəssislər bildirirlər ki, qara şokoladın ürəyə faydasını maksimum etmək üçün 70% və yuxarı kakao tərkibli növlərə üstünlük verin, gündə təxminən 28 qram kiçik porsiya kifayətdir, əsas fayda flavonoidlərin müntəzəm və davamlı istifadəsi ilə əldə olunur.
Sağlam təzyiq üçün əlavə 6 məsləhət
1. Düzgün qidalanın – kalium, maqnezium və kalsiumla zəngin qidalar yeyin, natrium qəbulunu azaldın.
2. Bağırsaq sağlamlığını qoruyun – daha çox lif və fermentləşdirilmiş qidalar qəbul edin.
3. Müntəzəm idmanla məşğul olun – ürək döyüntüsünü və təzyiqi normallaşdırır.
4. Stimulantlardan uzaq durun – alkoqol və kofeini məhdudlaşdırın, siqareti tərgidin.
5. Yaxşı yatın – yuxu çatışmazlığı təzyiqi qaldıra bilər.
6. Qara şokoladdan istifadə edin – həkim məsləhəti ilə az miqdarda, yüksək kakao tərkibli qara şokoladı rasionunuza əlavə edin.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 878 Tarix: 25 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabr