Saytdan məhsul alır, evə çatanda xarab çıxır: Onlayn alış-verişdə dələduzluq
Son zamanlar sosial şəbəkələrdə alqı-satqı saytlarından alınan mallarla bağlı şikayətlər paylaşılır. Zərərçəkmiş adətən məişət texnikaları alır, bir müddət işlətdikdən sonra onun əslində deffektli olduğu ortaya çıxır. Çox zaman bu telefon satışında müşahidə olunur. Sonda isə o, nə məhsulu qaytara bilir, nə də pulunu alır.
Bəs bu hallarla qarşılaşmamaq üçün nə etməli? Zərərçəkənlər kimə və hara müraciət etməlidirlər?
Lent.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, bu məsələlərlə bağlı ilk növbədə qanuna əlavələr olunmalıdır:
"Qanunvericilikdə boşluqlar var. Dələduzluq halları olarsa polisə, dəyən zərərin məbləği yüksəkdirsə, məhkəməyə müraciət olunmalıdır. Bu, elə bir haldır ki, vətəndaş hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət edə bilmir.
Sözügedən hallarla bağlı konkret olaraq qanuna əlavələr olmalıdır. İlk növbədə saytlarda qeydiyyat şəxsiyyət vəsiqəsinin fin kodu və SİMA təsdiqi ilə olmalıdır. Daha sonra istehlakçıların hüquqlarının qorunması baxımından məhsulun müəyyən zəmanət müddəti olmalı və bu təfərrüatları ilə qeyd edilməlidir. Əgər sistemli iş olarsa, düşünürəm ki, dələduzluq hallarının qarşısı alınar. Polis və məhkəmələrin işi onsuz da çətindir. Onları bu məsələlər ilə məşğul etmək işlərini daha da çətinləşdirir.
Onlayn alış-veriş saytlarından istifadə edən vətəndaşlara tövsiyə olunur ki, ön ödəmə (beh) göndərməsinlər, hansısa bir məhsulu alarkən özləri şifahi olaraq baxış keçirsinlər, rəsmi mağazadan alsınlar.
Bəzən olur ki, daşınmaz əmlakı, xüsusi ilə torpaq sahəsini simvolik qiymətə satışa qoyurlar. Vətəndaş aldanır, beh göndərir və ya nəğd ödəyir, sonda isə dələduzluqla qarşılaşır. Vətəndaşlara tövsiyə edirəm ki, maksimum diqqətli olsunlar, tanımadığı şəxslərə pul göndərməsinlər. Əgər prosedur gərəyi lazımdırsa, notariat ofislərində beh müqaviləsi imzalasınlar. Orta/yüksək məbləğdə alqı-satqı zamanı vəkil xidmətlərindən yararlansınlar.
Dələduzluq halları əksərən mobil telefon satışı zamanı olur. Əksərən ya oğurluq, ya da kreditə götürülmüş telefon satışa qoyulur. Sonda isə kredit ödənilmədiyi üçün telefon bağlanır, yenə də vətəndaş zərər çəkir".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 748 Tarix: 25 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabr