Uşaqlıq xatirələrini niyə yadımıza sala bilmirik?
Həyatımızın ilk illərinə aid xatirələr çox vaxt yaddaşımızda iz buraxmır. Körpəlikdə gülür, ağlayır, öyrənirik, amma bu anları sonradan xatırlaya bilmirik. Elm bu fenomeni "uşaqlıq amneziyası" adlandırır. Sual isə budur: beynimiz niyə həyatımızın ən erkən anlarını silir?
Sonxeber.az xəbər verir ki, semantik yaddaş - ətrafımızla bağlı bilgiləri, məsələn, anamızın kim olduğunu və ya nəsə istəməzdən əvvəl "xahiş edirəm" deməli olduğumuzu xatırlamağa kömək edir.
Epizodik yaddaş - hadisələrin harada, kimlə baş verdiyini, həmin ana aid detallar və duyğuları saxlayır.
Uşaqlar semantik yaddaşı erkən yaşlarda istifadə etməyə başlasa da, epizodik yaddaş daha mürəkkəbdir və tam formalaşması daha gec olur.
Sirrin mərkəzi: Hipokamp
Elm adamları hesab edir ki, əsas səbəb beynin hipokamp adlanan hissəsinin gec yetkinləşməsidir. Hipokamp uzunmüddətli yaddaşın formalaşmasında həlledici rol oynayır. Araşdırmalar göstərir ki, 2–4 yaş arasında yazılan epizodik xatirələr sonradan silinməyə daha meyllidir. Yəni uşaqlar bu anları kodlaya bilirlər, lakin sonrakı yaşlarda onlara çıxış edə bilmirlər.
2025-ci ilin martında dərc edilən bir tədqiqatda 4 ay - 2 yaş arası körpələrin beyin fəaliyyəti izlənib. Onlara üzlər, əşyalar və səhnələr göstərilib, sonra isə eyni görüntülər təkrar təqdim olunub. Nəticədə hipokampda aktivlik artdıqca uşaqlar daha əvvəl gördükləri şəkillərə uzun müddət baxıblar. Bu, həmin xatirələrin əslində formalaşdığını, sadəcə illər sonra onlara çatmağın mümkün olmadığını göstərir.
Unutmanı geri qaytarmaq mümkündürmü?
2023-cü ildə "Science Advances" jurnalında dərc olunan bir başqa araşdırmada siçanlar üzərində aparılan təcrübələrdə erkən dövr xatirələrinin xüsusi neyron stimulyasiyası ilə yenidən ortaya çıxarıla bildiyi sübut olunub. Maraqlıdır ki, autizm bənzəri xüsusiyyətlərə malik siçanlar digər siçanlara nisbətən körpəlik xatirələrini daha aydın yadda saxlayıblar. Alimlər bunu ana siçanların hamiləlik dövründəki immun reaksiyaları ilə əlaqələndirirlər.
Tədqiqatın müəlliflərindən biri, biokimyaçı Tomas Rayan nəticələri belə şərh edir: "Bu, doğuşdan mövcud olan, lakin dəyişdirilə bilən bir "unutma açarı" ola bilər. Başqa sözlə, yaddaş sistemimiz yalnız genetik başlanğıcla deyil, həm də ətraf mühitin təsiri ilə formalaşır".
Gələcək üçün ipucları
Bu tapıntılar insan beyninin erkən yaddaşı haqqında dəyərli ipucları verir. Gələcək araşdırmalar uşaqların inkişafını daha dərindən anlamağa və "unutmaq" anlayışına yeni baxış gətirə bilər.(qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 777 Tarix: 25 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabr