"Çox təhlükəli rəqibdir" - Qurban Qurbanov

"Çox təhlükəli rəqibdir" - Qurban Qurbanov"İlk oyundakı nəticə bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən həmin oyunu düşünməli deyilik".

"Qafqazinfo" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Çalışdırıcı rəqibin təhlükəli olduğunu bildirib: "Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Çox yaxşı rəqibə qarşı oynayırıq. Buradakı oyunda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranraq, yaxşı nəticə üçün əlimizdən gələni edək".

Qurban Qurbanov həmçinin jurnalistlərin suallarını cavablandırıb:

- "Ferentsvaroş"un gücünü nəzərə alsaq, sabah "Qarabağ" daha nəticə üçün oynayacaqsız?

-Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də futbolçularda da yoxdur. Sadəcə sabah meydanda bizə lazım olanı etməyə çalışacağıq. Bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mənim daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizim hansı prboelm gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gözləyəcək, hansı basqını edəcək, onu sabah meydanda futbolçular hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.

-Psixoloji tərəfdən oyunçuları oyuna hazırlaşmaq çətin oldu?

-Ən vacib detallardan biridir. Səfərdəki oyundan sonra hamı sanki biz cütün qalibi kimi bizi görürlər. Bu da futbolçularda həyəcan yaradır. Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Bu rəqibə qarşı oyundan çıxsaq, oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən birinci yerlərdə psixoloji hazırlıq durur. Bunu bacardığımızı düşünürəm.

-8 il öncə "Kopenahgen"ə oyundan öncə inamlı və rahat idiz, yoxsa indi?

-Ümumiyyətlə, məşqçilik karyerası elədir ki, rahatçılıq burada mümkün deyil. Amma inam çox önəmlidir. İnamım var. O vaxtı da var idi, indi də inamım var. Rahatlığım yoxdur.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 890   Tarix: 26 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah"ın qapıçısı ən çox qurtarış edənlər siyahısında

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb. "Qafqazinfo" xəbər verir ki, o, "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib. Siyahıya hərəy

11 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb

"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub

10 sentyabr
.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr
.

"Naxçıvan" ABŞ-li basketbolçu Kristian Konseni transfer edib

"Naxçıvan" klubu ABŞ-dən olan basketbolçu Kristian Konse ilə 1 illik müqavilə imzalayıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat ixmdətindən məlumat verilib. 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib

17 sentyabr
.

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər. "Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir. 2023-2026-cı illərd

14 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

Messi İspaniya futbol klubunu alır

"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən "Eldense" klubunun sahibləri ilə klubun alınmasının əsas şərtləri barədə razılığa gəlib. Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir. Yayılan məlumata görə, argentinalı futbolç

9 sentyabr
.

"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb

İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund

11 sentyabr