Əkiz bacı-qardaş eyni vaxtda tələbə oldu
Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Qəbulun nəticələrinə əsasən, əkiz bacı-qardaş - Həmid və Həmidə Məmmədli də tələbə adını qazanıb. Həmid təhsilini Türkiyədə, Həmidə isə Qarabağ Universitetində davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, "Azərbaycan müəllimi" əkizlərlə həmsöhbət olub.
Həmid Məmmədli Qubadlı rayon C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. Respublika, eləcə də beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə əldə edib. Həmid SAF 2023-də "Boat racing" kateqoriyası üzrə, TEKNOFEST 2024, "Sabahın alimləri" XIV respublika müsabiqəsində birincilik qazanıb.
Həmid deyir ki, İstanbul Texniki Universitetində "Elektronika və kommunikasiya" (tədris ingilis dilində) ixtisasına qəbul olub:
"Bacım əvvəldən tibb, mən isə mühəndislik sahəsinə meyilli olub. Düzünü desəm, valideynlərim bizdən daha çox həyəcanlı idilər, özümdən daha çox bacımın nəticəsinin necə olacağını gözləyirdim. Bakalavrı bitirdikdən sonra magistr təhsili də almağı çox istəyirəm".
Ailəyə növbəti sevinci yaşadan Həmidə isə 619.4 balla Qarabağ Universitetində təhsil alacaq.
"Həkim olmaq ən böyük arzum idi. Bunun üçün ilk addımı atdığımı düşünürəm. Qarabağ Univeristetinin Tibb və sağlamlıq elmləri fakültəsində təhsilimi davam etdirəcəyəm. Bu mənim üçün çox sevincli bir haldır. Valideynlərimin dəstəyi, qayğısı bu nailiyyətləri qazanmağımıza şərait yaratdı. Bacı-qardaş olaraq ali məktəbə hazırlaşmaq həm həyəcanlı, həm çətin, həm də bir o qədər də sevincli idi. İmtahanlarda 2 qat həyəcan keçirdik, nəticələr açıqlandıqda isə çox böyük sevinc yaşadıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2804 Tarix: 26 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrAzərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr