30 il əvvəl mindiyi taksidə öldürülübmüş...

30 il əvvəl mindiyi taksidə öldürülübmüş...30 il əvvəl törədilən cinayətin üstü açılıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

"Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl-1995-ci ilin mayında paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişi cinsli şəxsin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib.

Hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb", - məlumatda vurğulanıb.

Bununla əlaqədar, Baş Prokurorluq zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib:

Zərərçəkmiş şəxsin fərdi əlamətləri:

- Doğum ili: 1955-1970-ci illər aralığında;

- Boy: təxminən 175 sm;

- Sol dirsək oynağının ön səthində çapıq izləri;

- Sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri;

- 1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb;

- MDB dövlətlərində, o cümlədən Rusiya Federasiyasında daimi və ya müvəqqəti yaşayan və yaxud işləmiş.

Bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:

- (+994 12) 361 04 06

- (+994 12) 361 04 09

- (+994 12) 361 02 51

- "961 Çağrı Mərkəzi"

Baş Prokurorluq ictimaiyyətə öncədən göstərdiyi diqqət, dəstək və əməkdaşlığa görə dərin təşəkkürünü bildirir. Hər bir vətəndaşın verdiyi məlumatın istintaq prosesinə böyük töhfə verdiyini vurğulayır və aidiyyəti şəxsləri məlumat verməyə çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 944   Tarix: 27 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind

21 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21 sentyabr
.

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

21 sentyabr
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21 sentyabr
.

David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayır. Məsələ ilə bağlı -a danışan Abbasov Kazım Elşən oğlunun vəkili Sahil Allahverdiyev bildirib ki, şikayət üzrə Binəqədi Rayon Məhkəməsind

21 sentyabr
.

"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"

"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar

21 sentyabr