Yuxuya asan getməyin yolu

Yuxuya asan getməyin yoluYuxunu yaxşılaşdırmaq üçün çox tanınmış strategiyalar mövcuddur: yatmazdan əvvəl bir saat öncə elektron cihazları söndürmək və ya kifayət qədər fiziki aktivlik. Amma bu üsullar adətən ani təsir göstərmir, xüsusilə də gecənin ortasında oyananda və bir daha yuxuya gedə bilməyəndə.

Amma bir qadın iddia edir ki, o, saniyələr içində sizi yuxu aləminə aparacaq "sehrli" texnikanı tapıb. Bu metod xüsusilə saat 3-də oyanıb təkrar yuxuya gedə bilməyənlər üçün kəşf sayılır.

Necə saniyələrə yuxuya getmək olar?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Cenna Koak sosial şəbəkələrdə qarşılaşdığı metodu izah edib.

Başda tərəddüd etsə də, bir neçə axşam sınadıqdan sonra bunu indiyədək rast gəldiyi ən yaxşı üsul adlandırıb. Üstəlik, bunun üçün xüsusi alət lazım deyil və çox vaxt da aparmır, sadəcə, gözlə edilən sadə hərəkətlərdir. Bu hərəkətlər beyninizi "aldadaraq" sizi yuxuya göndərə bilər.

"Gözləriniz bağlı olmalıdır. Belə ki, sağa baxırsınız, sonra sola, yuxarı, aşağı. Sonra dairəvi hərəkət edirsiniz. Əvvəl bir istiqamətə, sonra isə digər istiqamətə. Vəssalam. Sadəcə bunu təkrar edirsiniz, ta ki, yuxuya gedənədək", - o bildirib.

Bu üsul bəzilərinə təsir göstərmək üçün bir az vaxt tələb edə bilər. Amma Cenna deyir ki, bir dəfə bu hərəkətləri cəmi iki dəfə etdikdən sonra dərhal yuxuya getmiş və səhər oyandığını xatırlamışdır.

Qadın həmçinin metodu elmi baxımdan da araşdırdığını söyləyib. Onun fikrincə, bu texnika parasimpatik sinir sistemini stimullaşdırır, hansı ki, orqanizmin dincəlməsi və istirahət zamanı işləyən funksiyalarına cavabdehdir.

O, əlavə edib ki, bu göz hərəkətləri beyninizi "aldadaraq" ona REM yuxusu (sürətli göz hərəkətləri mərhələsi) halında olduğunu düşündürür. Bu yuxu fazası beynin aktiv fəaliyyəti və canlı yuxularla xarakterizə olunur


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1086   Tarix: 27 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma

Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər

17 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq

Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ

17 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr