Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKA

Məhəmməd adı Avropada getdikcə populyarlaşır - STATİSTİKAAvropada antisemitizm təzahürlərinin artdığı, bəzi ölkələrin hökumətlərinin isə getdikcə daha çox fələstinpərəst mövqe nümayiş etdirdiyi müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu dinamikanın əsas amillərindən biri son 25 ildə qitədə müsəlman əhalisinin kəskin artmasıdır. Bu dəyişikliklərin diqqətçəkən göstəricilərindən biri isə yeni doğulan uşaqlara verilən adlardır.

Lent.az xəbər verir ki, yaxın günlərdə Daily Mail qəzeti Böyük Britaniya, Avstriya, Almaniya və Fransanı əhatə edən Qərbi Avropa ölkələri üzrə bir araşdırma dərc edib.

Nəşr müəyyənləşdirib ki, Məhəmməd və onun variantları (Mahmud, Möhməd və s.) adı ilə adlandırılan oğlan uşaqlarının sayı 2000-ci ildən bəri 3–7 dəfə artıb. Ən yüksək artım Avstriyada qeydə alınıb - 732 faiz: 0,06 faizdən 0,5 faizə. Hazırda hər 200 yeni doğulmuş körpədən biri bu adı alır, əsrin əvvəlində isə bu göstərici hər 1670 uşağa bir nəfər idi.

Artım üzrə ikinci yeri İrlandiya tutur - +372 faiz (0,09 faizdan 0,6 faizə). İtaliyada artım 184 faiz, Fransada 127 faiz, Belçika və Böyük Britaniyada 101 faiz, İsveçdə isə 69 faiz təşkil edib. Məhəmməd adının ən az yayılması Polşadadır (0,01 faiz), burada hökumət sərt miqrasiya siyasətini qoruyur. Buna baxmayaraq, hətta burada da göstərici 2000-ci ildəki 0 faiz-dən 217 faiz artıb. Keçmiş baş nazir Tadeuş Moravetski bildirmişdi ki, Polşa mədəniyyətini Afrika və Yaxın Şərqdən gələn miqrantların dağıtmasını istəmir.

Mütləq göstəricilərə görə, ən çox Məhəmməd adlı uşaqlar Böyük Britaniyada doğulur — 2,87 faiz, daha sonra Belçika 1,02 faiz, Fransa 0,87 faiz. Birləşmiş Krallıqda dinamika xüsusilə diqqətəlayiqdir: əgər 1996-cı ildə ən populyar ad Cek idisə (10 779 körpə), Məhəmməd isə cəmi 441 uşağa verilmişdisə, 2016-cı ildə Məhəmməd adı Oliverin populyarlığının yarısını keçmişdi (3 908-ə qarşı 6 623). 2022-ci ildə Məhəmməd adı Noaxla demək olar ki, eyni səviyyəyə çatmış, 2023-cü ildə isə artıq onu 300 uşaqla geridə qoymuşdu. 2024-cü ildə Məhəmməd adı 5 721 uşağa, Noax isə 4 139 uşağa verilmişdir.

Amerikanın Pew Research Institute təşkilatı 2017-ci ildə Avropada müsəlmanların payını 4,9% olaraq qiymətləndirib və hazırkı miqrasiya siyasəti davam edərsə, 2050-ci ilə qədər bu göstəricinin 11,2 faizə çata biləcəyini proqnozlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 729   Tarix: 27 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma

Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər

17 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq

Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ

17 sentyabr
.

Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı

Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric

17 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr